"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvü olan gənc jurnalistin Qarabağ nisgilli məqaləsi xarici oxucuların marağına səbəb oldu

--2020-10-15 / 06:25
Bu gün Azərbaycan əsgərləri  Qarabağımızı azad etmək üçün vuruşurlar ki, Azərbycan uşaqları daha o torpaqları xəritələrdən yox, ayaqlarını o torpaqlara basanda tanısınlar.
 
Gənc yazar, Azərbaycan Yazıçılar Birliyi, Jurnalistlər Birliyinin üzvü, o cümlədən Qaradağ rayonu Korgöz bələdiyyəsinin üzvü  Leyla Şah İordaniyanın Nayrouz.com saytında “Qarabağ Azərbaycandır!”-adlı məqaləsi ilə çıxış edib.
 
Məqalə İngilis dilində yazılıb və saytın redaksiya heyyətinin diqqətini cəlb etdiyi üçün dərhal yayımlanıb. Məqalə saytın Beynəlxalq Xəbərlər bölməsində yer alır. Məqalənin giriş hissəsində Ermənistan ordusunun sivil insanları hədəfə alması, Ermənistanın Azərbaycana qarşı 27 ildən artıq apardığı işğalçılıq siyasəti və Azərbaycan Prezidentinin BMT-dəki son çıxışında Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşması faktları vurğulanır.Məqalənin xarici oxucuların marağına səbəb olan digər hissəsinin tərcüməsi belədir:
 
"Mən Azərbaycanın paytaxtı Bakıda doğulmuşam və Bakıda yaşayıram.Valideyinlərim də Qarabağlı deyillər. Bakıda doğulublar. Amma mən Qarabağdan qovulan Azərbaycanlı qaçqın uşaqları ilə bir məhəllədə böyümüşəm. Onların çəkdikləri vətən həsrətinin, doğma torpaqları üçün tökdükləri göz yaşlarının birbaşa şahidi olmuşam.Onlar Erməni vəhşiliyinin qurbanı olmuşdular.Həmin uşaqların bəzilərinin atası yox idi. Bəzən soruşurdum ki, atanız hardadır?-deyirdilər ki şəhiddir. O zaman mən şəhid sözünü anlamırdım. Amma indi anlayıram. Şəhid vətəni qoruyarkən ölən insana deyirlər.İndi mənim üçün “şəhid” sözü  “vətən” sözü ilə eyni mənanı ifadə edir.  Uşaq olanda məktəbdə dəftərlərimizin və gündəliyimizin  arxasında Qarabağ ərazilərinin işğal tarixi və xəritəsi vardı . Mən o xəritəyə toxunanda hiss edirdim ki, ora mənim vətənimdir.İndi biz Erməni işğalının 28-ci ilindəyik və yeni doğulan Azərbaycan uşaqları Qarabağı mənim kimi xəritələrdən tanıyırlar.Bu gün isə Azərbaycan əsgərləri Qarabağımızı azad etmək üçün işğalçı Ermənistan əsgərləri ilə vuruşur. Vuruşurlar ki, Azərbycan uşaqları daha o torpaqları xəritələrdən yox, ayaqlarını o torpaqlara basanda tanısınlar. Bu gün  üçün mən də, bütün Azərbaycan xalqı da  Qarabağlıyıq. Qarabağ bizim Vətənimizin ayrılmaz hissəsidir. Qarabağ Azərbaycandır!"
https://moderator.az/news/347482.html

 

 
 

 

ŞƏRHLƏR