"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvü dünyasını dəyişib

--2022-11-09 / 15:50

Şirvan şəhər Hacıqəhrəmanlı Bələdiyyəsinin üzvü Ələkbərov Ramil İbrahim oğlu uzun sürən xəstəlikdən vəfat etmişdir. Ramil 17 aprel 1982 - ci ildə Göyçay şəhərində anadan olmuşdur. İşgüzar bacarıqlı iş yoldaşı, qayğıkeş övlad, qardaş, həyat yoldaşı və ata, gözəl dost, xeyirxah insan Ramil Ələkbərov yaddaşlarda belə qaldı. Çox heyif ki, sıralarımızdan tez getdi. Hacıqəhrəmanlı bələdiyyəsi adından ailəsinə dərin hüznlə başsağlığı verir, valideynlərinə Allahdan səbr arzulayırıq.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun.

Şirvan şəhər Hacıqəhrəmanlı bələdiyyəsi 

ŞƏRHLƏR