"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvləri və qulluqçuları təltif ediliblər

--2021-12-28 / 14:15

Biləsuvar bələdiyyəsinin üzvləri- sədr müavini Malik Qədirov və ümumi şöbənin müdiri Sevinc Ağayeva, həmçinin vergi müfəttişləri Bəylər Abbasov, Tərlan Məlikov və Adil Mənsimov bələdiyyə sədri İlqar Abbasovun əmriylə vergi xidmətinin təşkilində səmərəli fəaliyyətlərinə və bələdiyyənin yaranmasının iyirmi ikinci ildönümü münasibətiylə “Fəxri Fərman”la təltif ediliblər. Bu gün bələdiyyə üzvlərinin işitirakıyla keçirilən görüşdə yuxarıda adları çəkilən üzv və qulluqçular “Fəxri Fərmanla təltif ediliblər.

Görüşdə çıxış edən sədr İlqar Abbasovun sözlərinə görə, cari ildə bələdiyyənin qarşılaşdığı çətinliklərə baxmyaraq bələdiyyə üzvlərinin və qulluqçuların birgə və əlaqəli fəaliyyəti nəticəsində bir sıra ciddi layihələr icra edilmiş, habelə sakinlərin qaldırdığı problemlər öz həllini tapmışdır.

Sədr sonda təltif edilənləri təbrik edirək, növbəti ildə daha səmərəli fəaliyyəti həyata keçirməyi arzulamışdır.

Belediyye.info

ŞƏRHLƏR