Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin yaydığı məlumata görə, həftəsonu bələdiyyənin təmizlik aksiyası bu dəfə Binəqədi-Xırdalan şossesində davam edib.
Belə ki, ərazi qurumuş otlardan və küləyin gətirdiyi tullantılardan təmizlənib, hətta toz olmaması üçün yolkənarları sulanıb.
Bu gün həm də bələdiyyənin təşəbbüsü ilə II mədən 93-ü ünvanında 20 metrlik yeni su xəttinin salınması həyata keçirilib. Bununla da II və III mədən ərazisindəki su problemi aradan qalxıb.
Ümumi prosesi isə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva və Binəqədi qəsəbə İcra nümayəndəsi Elxan Əliyev izləyib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|