"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədrlərinə: təşəbbüskar olun

--2021-11-23 / 06:32

Bu gün bələdiyyələrin uğurlarla yanaşı ciddi problemlərlə də üz-üzə qalması hər kəs üçün danılmaz faktdır. Ancaq bu problemlərin həlli bələdiyyələrin daha çox özlərindən də asılıdır. Belə ki, birinci olaraq elə bələdiyyələrin özləri irəli düşüb mövcud problemlərin həllinə nail olmalı, heç olmasa bu təşəbbüsdə olmaldırlar. Yəni bələdiyyənin media orqanlarıyla əməkdaşlıq əlaqələrinin qurulması, şəffaflıq prinsiplərinin qorunması, hesabatlılığın təmin edilməsi, sivil şəkildə fəaliyyətin təbliğ edilməsi, problemlərin ictimailəşdirilməsi və ən əsası vətəndaş müraciətlərinin diqqətdə saxlanılması və məmnunluğunun təmin edilməsi hər bir bələdiyyə sədrinin əsas vəzifəsi olmalıdır. Bəli, əsas vəzifəsi olmalıdır.

Bəs, bu gün bələdiyyə sədrləri buna riayət edirlərmi? Və ya edirlərsə hansı forma və məzmunda edirlər? Bax, elə əsas məsələdə bundadır.

Əgər bələdiyyə sədri icra başçısnın qarşısında acizanə dayanırsa, müti şəkildə deyiləni edirsə, özünü icra hakimiyyətinin sadə biri işçisi kimi görürsə, əksinə vətəndaşın telefon zənglərinə belə cavab vermirsə, hesabatlılığı təmin edilməsi üçün addım atmırsa, təşəbbüskar deyilsə, ən nəhayət bizim zənglərimizə belə cavab vermirsə demək bələdiyyənin “sonu çatmaq” üzrədir, yəni problemləri həll edilməmiş qalacaq.

Ayıb olsun belə sədrlərə! Vəssalam…

P.S. Növbəti dəfə belə sədrlərin adları bir-bir çəkiləcək və “səmərəli fəaliyyəti” barədə açıqlamalar veriləcək.

Vüqar Tofiqli

ŞƏRHLƏR