"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədrləri: aralarında fəaliyyətləriylə borclarını silənlər də var, göynən gedənlər də

--2021-08-28 / 13:28

Fəaliyyətimizi təbliğ etmirik, problemlərimizi ictimailəşdirmirik, borclu vergi ödəyicilərin siyahısını açıqlamırıq, təkliflər verib həlliylə bağlı addımlar atmırıq nəticə də gündəlik olaraq bələdiyyəni borclandırırıq. Bu vəziyyətlə hara gedirik, bilən varmı? Bəzi bələdiyyə sədrləri bu hərəkətlərinə necə haqq qazandıracaqlar.

***

Bu gün sabah yeni seçilmişlərin ikinci ili tamam olur. İki ilin tamamında özlərinə hesabat vermiş olsalar bu sədrlər nədən danışacaqlar, hansı misalları çəkəcəklər.

Fikrimcə, sədr olan şəxs düşünməlidir ki, sədr ilk olaraq icra başçısı qarşısında yox, məhz seçicisi qarşısında məsuliyyət daşıyır. Hər addımlarında diqqətli olmalı, seçici məmnunluğunun təmin edilməsinə çalışmalıdırlar. Əfsuslar olsun ki, yerində sayan bələdiyyələrdə bu gün az deyil.

Necə olur ki, Bibiheybət bələdiyyəsinin sədri 10 min manat, Gədəbəy bələdiyyəsinin sədri 25 min manat, Sahil bələdiyyəsinin sədri 38 min manat, Binədəqi bələdiyyəsinin sədri 90 min manat, Sabunçu bələdiyyəsinin sədri 100 min manat, Qala bələdiyyəsinin sədri 24 min manat bələdiyyənin müxtəlif istiqamətlər üzrə, həm DSMF-yə, həm də əməkhaqqı borcunun bələdiyyənin yeni tərkibinin fəaliyyəti sayəsində silindiyini bildirdikləri halda Əhmədli bələdiyyəsi, Xocasən bələdiyyəsi və onlarca digər sədrlər bələdiyyələri borclandırmaqda davam edirlər.

Etiraf edilməlidir ki, bələdiyyələrin maliyyə gəlirlərinin artmasında Bələdiyyələrlə İş mərkəzinin xüsusi xidməti var. Onların fəaliyyəti sayəsində ötən illərdə bələdiyyələrin büdcə gəlirləri iki milyon manata yaxın artmışdır.

***

Yeri gəlmişkən, maraqlı bir məqama toxunmaq istərdim. İki il ərzində paytaxtın bir çox bələdiyyəsinin, o cümlədən Nəsimi bələdiyyəsinin hər hansı ciddi addım atıb konkret layihə icra edə bilməməsinin əsas günahı kimdədir? Necə olur ki, iki bələdiyyə, Binəqədi və Nəsimi bələdiyyəsi, adıçəkilən mərkəzin müxtəlif istiqamətlər üzrə pilot layihə proqramına salınır, Binəqədi bələdiyyəsi ay ərzində nəzərdə tutulan maliyyə vəsaitinin iki dəfədəndə artıq toplayır, Nəsimi bələdiyyəsinin isə əksinə büdcə gəlirləri azalır. Maraqlıdır, deyilmi...

Fikrimizcə, əsas səbəb hazırda Nəsimi bələdiyyəsində əsas hədəf kimi, vergi borclarını yığmaq yox, vergi müfəttişlərini işdən “psikdirmək”lə məşğul olmalarıyla bağlıdır. Bacarıqlı işçilərin “nazıyla” oynamaq əvəzinə qulluqçuları aylıq xidməti müqavilə bağlamağa təhrik etmək nə deməkdir. Ayıbdır. İki ilə yaxın müddət ərzində inzibati binada qulluqçulara müasir iş şəraiti yaratmaq əvəzinə təzələrin işinə göz yummaq, köhnələrə isə “barmaq” qeydiyyatı aparmağa məcbur etmək  hansı qanunda yazılıb, maraqlıdır. Belə halların digər bələdiyyələrdə baş verdiyi deyilir. Çox təəssüf...

Yazılanlara reaksiya verilməməsi isə iki məqamdan irəli gələ bilər. Ehtimal etmək olar ki, adam hədsiz dərəcədə göynən gedir və gözü yeri görmür, ya dakı ...

“Manatı bəyənməyən ortaya şahını çıxartmalıdır”. Könhə sistemdən qurtula bilmirlər, yenisini də qura bilmirlər. Çünki atılan addımlar ümumi mənafe naminə deyl, şəxsi maraqlara xidmət edir. Ona görə də alınmır, əzizlərim!!!

***

Hər halda bir daha bələdiyyə sədrlərinə səslənirəm: fəaliyyətinizi təbliğ etməli, problemlərinizi ictimailəşdirməli, borclu vergi ödəyicilərin siyahısını açıqlamalı, təkliflər verib həlliylə bağlı addımlar atmalısınız ki, seçicilərə verdiyniz öhdəliyi də vaxtında yerinə yetirəsiniz.

Bu gün bələdiyyə sədrlərinin əsas vəzifəsi seçici məmnunluğunun təmin edilməsinə çalışmaqdır. 

Vəssalam...

Vüqar Tofiqli

 

 

ŞƏRHLƏR