"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədrləri təklif verir: CİDDİ

--2021-03-11 / 17:46

Bələdiyyə sədrləri təklif verir

Qəbələ rayonu Vəndam bələdiyyəsinin sədri Asif Həşimov naralı təkliflə çıxış edib. Uzun illər bələdiyyə sədri vəzifəsində çalışan A.Həşimov regionlardakı bələdiyyələrin problemlərini belə qruplaşdırıb:

-          Bələdiyyə torpaqlarına hüquqi sənədlərin verilməsinin sürətləndirilməsi,

-          Vergi məcəlləsində torpaq vergisinin daha uyğun normalarla hesablanması barədə dəyişiklik edilməsi, (Əmək haqqı, yanacaq, k/t-tı məhsulları dəfələrlə artmasına baxmayaraq 20 ildən çoxdur ki, sabit qalıb), fiziki şəxslər daşınmaz əmlaklalarını satarkən notariuslar tərəfindən satılan əmlakın vergi yükü olmaması barədə arayış tələb etməmələri,

-          Mehmanxana- kurort rüsumunun ödənilməsində əmələ gəlmiş "xaos"un aradan qaldırataq sivil ödəniş metodlarının tətbiqi,

-          ETSN-nə hər il müqavilə ilə ətraf mühitə atılan tullantılara görə vəsait ödəyirik ki, ərazimizdə ekoloji proqramlar həyata keçirsinlər.

Sədrin sözlərinə görə, ilkin olaraq sadalanan problemlər öz həllini taparsa bələdiyyələrinq arşılaşdığı çətinliklərin bir qismi öz həllini tapmış olar.

İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev isə bu təklifləri irəli sürüb.

-          Bələdiyyələrin hüdudları daxilində əhalinin gündəlik tələbatlarına təminat verən xidmət sahələrinin həmin ərazidə yerləşən qurğuları və ərazidən keçən elektrik, qaz, rabitə kabelləri və onlarin mühafizə zonaları üçün müəyyən ödəniş etmələri zəruri hesab edilməsi məqsədəuyğun olar;

-          koronavirus pandemiyası səbəbindən yaranmış fəaliyyətsizlik müddəti üçün dövlət tərəfindən zərər çəkmiş idarə, müəssisə və təşkilatlara maliyyə dəstəyi göstərildikdə bələdiyyələr də mütləq şəkildə nəzərə alınsin;

-          bələdiyyələrin hüdudlarında olan tarixi abidələrin turizm məkanı kimi tanındığı halda, Dövlət Turizm Agentliyi həmin bələdiyyələrin maliyyə imkanlarının formalaşmasına dəstək versin;

-          "Reklam haqqında" Azərbaycan Respublikası Qanununa bələdiyyələrin səlahiyyətlərinin artırılması barədə əlavə və dəyişikliklər edilməsinə ehtiyac vardır;

-          .Avtomobillerin yol vergilərinin ödənişinin bələdiyyələrə qaytarılması çox ədalətli addım olar və bələdiyyə ərazisində yol infrastrukturunun əsaslı şəkildə qurulmasına təminat yaradar.

Hər halda digər bələdiyyə sədrlərini də bu müzakirələrə qoşulmağa dəvət edirəm.

ŞƏRHLƏR