"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədrləri cərimə edildilər - ŞAMAXIDA

--2020-09-10 / 17:57

Şamaxı rayon Məhkəməsi Göyçay regional ədliyyə idarəsindən daxil olmuş inzbati xəta haqqında materiallara baxaraq Şamaxı bələdiyyəsinin sədri Rövşən Yolçuyevi və rayonun Birinci Çaylı bələdiyyəsinin sədri Samədin Səmədzadəni İnzibati Xətalar Məcəlləsini 549.2 maddəsiylə təqsirli bilərək 400 manat həcmində cərimə edilmələri barədə Qərar verib.

Məhkəmə prosesində hər iki bələdiyyə sədrinə bələdiyyə aktlarının inzibati nəzarət orqanına təqdim edilməsində ciddi ləngimələr olduğu sübut edilmiş, qarşı tərəfin irəli sürdüyü izahatlar əsassız hesab edilmişdir.

Qeyd edək ki, həmin maddə də göstərilir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə-vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.”

Belediyye.info

ŞƏRHLƏR