"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədrinin evi yanıb

--2020-02-16 / 07:44

Qubada yanğın baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yerfi kəndində qeydə alınıb.

Yerfi kənd məktəbində müəllim işləyən Həsənov Mübariz Oqtay oğluna və Yerffi kənd bələdiyyəsinin sədri Həsənov Əbülfət Oktay oğluna məxsus bir-birinə bitişik evlər yanıb. Hadisə yerinə FHN-in Quba rayon Yanğından Mühafizə Xidmətinin 2 avtomobili və canlı qüvvəsi cəlb edilib. Sakinlər yanğınsöndürənlərin gec çatmasından şikayətləniblər.

https://report.az/hadise/qubada-iki-qardasin-evi-yanib/

ŞƏRHLƏR