"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: "Xəritəmiz hələ də təqdim edilməyib"

--2021-09-24 / 11:09

Belediyye.infonun ekspress sorğusunu Quba bələdiyyəsinin sədri Humayə Məmmədova  cavablandırır. Sədrin suallarımıza qısa, konkret və lakonik cavablarını təqdim edirik:

Quba bələdiyyəsinə aid olan xəritə Əmlak Məsələləri Dövlət xidməti tərəfindən Sizə təqdim edilibmi? Təqdim edilməyibsə bununla bağlı hansı addım atmısnız?  Ümumiyyətlə, bununla bağlı son vəziyyət haqqında nə deyə bilərsiniz?

- Təqdim olunmayıb. Son dəqiqləşmə işləri aparıldıqdan sonra təqdim olunacağı bildirilib.

Ötən illə müqayisədə cari ildə büdcə gəlirləri barədə nə deyə bilərsiniz? Bu iki maliyyə ilinin müqayisəli  təhlili aparılıbmı?

-Müqayisə təhlili aparılıb.Torpaq vergisində artma, əmlak vergisində artma, səyyar vergidə azalma, icarə vergisində artma, mehmanxana vergisində azalma müşahidə olunur

 Ən çox artım və ən çox azalma hansı maliyyə istiqamətində  olub?

 -Ən çox artım torpaq vergisində və icarə pulunda müşahidə olunub. Ən çox azalma isə mədən vergisində, səyyar ticarət və digər xidmətlərdə olub

 Ən yüksək borcu olan  vergi ödyiciləriylə bağlı hansı addım atırsınız?

 -  Barələrində qanunamüvafiq olaraq İcra şöbəsinə müraciət olunub

 DSMF-yə və digər qurumlara borcunuz yoxdur ki, əgər varsa nə qədərdir?

 - Yoxdur

 Ərazidə nə qədər vergi ödəyiciniz var? Vergi uçotu necə qurulub?

 - Ümumi vergi ödəyicisi  8.672, güzəştli ödəyicilər 639, güzəştsiz ödəyicilər 8.033

 Ərazidə sənədsiz mənzillər ümumi rəqəmin neçə faizini təşkil edir?

 - Təxminən 60 %-ni

 Bələdiyyə sədri kimi  bələdiyyələrin qarşılaşdığı hansı problemin  ilk olaraq həll edilməsini istərdiniz 

 - Bələdiyyəyə aid elektron xəritənin təqdim olunmasını...

Belediyye.info

ŞƏRHLƏR