"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Xəbərdarlıqdan nəticə cıxarmayan 20 nəfər vergi borcu olan vətəndaş bələdiyyənin qərarı ilə Probasiya və icra şöbəsinə göndərilmişdir”

--2020-09-19 / 06:20

Bələdiyyələrin maliyyə durumu bu gün elə də qənaətbəxş səviyyədə deyil. Bir tərəfdən əhalinin ödəmək niyyətində olmaması, digər tərəfdən bələdiyyə sədrləri tərəfindən əvvəkli illərdə buraxılan səhvlər nəticəsində yaranan borclar bələdiyyələri hazırda əl-ayaq atmağa bir növ imkan vermir. Belə bir vəziyyətdən “üzü ağ” çıxmaq bələdiyyənin kollektinin və xüsusən də sədrlərin prinsipial addımlarından asılıdır.

İlk olaraq suallarımıza isə Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri Elvin Yusubov cavablandırır:

-Bələdiyyənizə debitor və kreditor borcların ödənilməsi ilə bağlı mövcud vəziyyət barəsində nə demək olar?

- Muxax bələdiyyəsinin bu günki günə heç bir təşkilata nə əmək haqqına və DSMF-na heç bir manat borcu yoxdur. Vergi ödəyiçilərimizin isə bələdiyyəyə borcu 170 min manatdan bir qədər artıqdır. Həmin borcların da əsas hissəsi əvvəliki illərdən qalmış vergi borclarıdır.

-Borcların yığılması ilə bağlı qanunamüvafiq olaraq hansı tədbirlər görülməkdədir?

- Bələdiyyəyə olan vergi borclarının yığılması ilə əlaqədar olaraq mütamadi olaraq qanunveriçiliyə müvafiq tədbirlər həyata keşirilməkdədir. Bələdiyyə üzvləri iclasının qərarı ilə 200 manatdan artıq vergi borcu olan vergi ödəyicilərinə bələdiyyənin qərarı da əlavə olunmaqla xəbərdarlıq edilmişdir. Məlumat üçün bildirirk ki, ərazidə aparılan marifləndirmə işləri nəticəsində vergi ödəyişilərin 80-85 %-i heç bir tədiyyə bildirişi əldə etmədən Azərpoçt MMC-nin Muxax poçt şöbəsinə gələrək şəxsiyyət vəsiqəsini təqdim etməklə online qaydada vergilərini ödəyirlər.

Pul tələbləri üzrə icrası məcburi olan qərarların qəbul edilərək icra məmurlarına göndərilməsinin hazırki durumu barədə məlumat verərdiniz...

-Bələdiyyəyə borcları olan marifləndirmə işlərindən, verilən tədiyyə bildirişlərindən heç bir nəticə cıxarmayan vergi ödəyiciləri barəsində də qanunverciliyə müvafiq tədbirlər görülməkdə davam edirik. Bələdiyyə etdiyi xəbərdarlıqdan nəticə cıxarmayan 20 nəfər vergi borcu olan vətəndaş bələdiyyənin qərarı ilə Probasiya və icra qrupuna göndərilmişdir. Artıq bunun da nəticəsi vardır, ödənişlərin edilməsində icra məmurların da bələdiyyəmizə köməkliyi var.

-Borclu şəxslər barədə məlumatların ictimailəşdirilməsinə münasibətiniz necədir?

-Bələdiyyəyə vergi borcu olan şəxslər barəsində də bələdiyyə tərəfindən ictimailəşdirmə işləri görülməkdədir. Bələdiyyənin 6 ayın yekunları barədə bələdiyyə hesabat iclasında vergi borcu olan,vergilərini ödəməkdən yayınan vətəndaşların adları ayrı-ayrılıqda qeyd edilmiş onlara bələdiyyə tərəfindən tədiyyə bildirişi ilə sonuncu xəbərdarlıq edilmişdir.            Qeyd edilən sualların cavablandırılması zamanı bir məsələni qeyd etməmək mümkün deyildir. Bələdiyyənin işinin lazımi qaydada qanunvericiliyin tələblərinə uyğun qurulmasında,görülən bütün işlərdə bələdiyyə üzvlərinin, qulluqcuların çox böyük əməyi olduğunu xüsusilə etiraf etməliyəm.

Belediyye.info

 

ŞƏRHLƏR