"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Sakinlərimizə verdiyimiz sözü daim tuturuq”

--2022-09-11 / 14:04

“Buzovna bələdiyyəsi olaraq sakinlərimizə verdiyimiz sözü daim tuturuq. Bu günlərdə keçirdiyimiz səyyar görüşdə sakinlərin müraciəti bələdiyyə iclasında baxılaraq dərhal icrası barədə qərar qəbul edildi” - bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.

Sədrin sözlərinə görə, ötən həftə qəsəbənin Akademik Əziz Mirəhmədov küçəsi (keçmiş R. Axundov) döngə 8-də yaşayan sakinlərlə keçirilən görüşdə qaldırılan məsələlərdən biri artıq öz həllini tapıb. Bu gün artıq ərazinin asfalt vurulması başa çatdırılıb.

Qeyd edək ki, cari ilin altı ayı ərzində bələdiyyə sədrinin iştirakıyla qəsəbənin 15 küçəsində ümumilikdə 20-dən artıq görüş keçirilmiş və bələdiyyəyə aid məsələlərin böyük əksəriyyəti öz həllini tapmışdır.

Belediyye.info

ŞƏRHLƏR