"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Sadəcə işləmək lazımdır”

--2021-11-14 / 14:29

Hazırda ölkə bələdiyyələrinin DSMF-yə kifayət qədər borclarının olması barədə sosial media üzərindən geniş müzakirələr aparılır. Məsələyə Şəmkir rayon Bayramlı bələdiyyəsinin sədri Gülçin Bağırovanın cavabı diqqəti çəkib.

Məsələyə münasibət bildirən sədr bildirib ki, şəxsən bizim bələdiyyənin heç bir təşkilata borcu yoxdur. Vaxtlı-vaxtında işçilərin əməkhaqqı verməklə yanaşı, eyni zamanda kəndimiz üçün layihələr icra edirik. Vətəndaşlarımıza, aztəminatlı ailələrə bələdiyyə hesabına köməklik edilməsini də daim diqqət mərkəzində saxlayırıq. Sadəcə işləmək lazımdır.

Hazırda bələdiyyə hesabına birinci Qarabağ müharibəsində şəhid olmuş həmkəndlimizin adına salınan bulağı əsaslı şəkildə təmirini həyata keçiririk.

Belediyye.info

ŞƏRHLƏR