"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: ““Relax Hotel and Resort” mehmanxanasının bizə külli miqdarda borcu var”-CİDDİ İTTİHAM

--2019-08-12 / 18:49

““Relax Hotel and Resort” mehmanxanası Vizəzəmin bələdiyyəyəsinə külli miqdarda borcu var”- bu fikirləri Belediyye.infoya açıqlamasında Lerik rayonu Vizəzəmin bələdiyyəsinin sədri İradə Haşımova bildirib.

Sədrin sözlərinə, otel sahiblərinə sonuncu dəfə rəsmi müraciətimiz may ayında olub. Heç gəlişimizə və müraciətimizə diqqətdə yetirmədilər. Çox etinasız şəklidə məktubumuzu qəbul etdilər.

Bizim əməkdaşlarımızın hesablamalarına görə, gün ərzində daxil olan vətəndaşların sayı 120-150 nəfər arası dəyişir. Oteldə 142 nömrə olduğunu nəzərə alsaq, ortalama isə 120 manatdan hesablasaq, ay ərzində 3600 manat, il ərzində isə 43.200 manat edir. Demək otel sahibləri il ərzində ən azı bu rəqəmi bələdiyyənin büdcəsinə ödəməli idilər, lakin ödəməyiblər.

Qeyd edək ki, ən müasir üslubda inşa edilən otel kompleksi bütün il boyu fəaliyyətdədir. Fəaliyyət göstərdiyi müddətdə bir qəpikdə olsa maliyyə vəsaitini bələdiyyəyə köçürməyib.

Əlavə edək ki, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş burada qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla həmin xidmətləri göstərən şəxslər tərəfindən hesablanır, hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödənilir

Sədrin sözlərinə görə, bələdiyyənin büdcəsi əsasən əmlak vergisi, torpaq vergisi və icarə haqqlarıdan formalaşır. Bugün bələdiyyənin DSMF-yə borc yoxdur. İldə isə 2400 manat dotasiya verilib.

Xatırladaq ki, Vizəzəmin bələdiyyəsi Almu, Bibiyani, Cəngənəvud, Hamarmeşə, Haran, Kıncıvo, Kornədi, Peştətük, Sipyəreqon, Sivəkəran, Təbrizli və Vizəzəmin kəndlərin əhatə edir, əhalisinin sayı isə 5 min nəfərə çatır.

Belediyye.info

 

ŞƏRHLƏR