"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Qəsəbədaxili küçənin asfaltlaşdırılması gündəlik gediş-gəliş yolu olan müəllim və şagirdlər üçün ən gözəl hədiyyə, bələdiyyəyə isə qürurverici hadisədir”

--2022-09-27 / 20:37

 Qəbələ rayonu Vəndam bələdiyyəsi “Anım günü” ərəfəsində növbəti layihəyə yekun vurub. Bu barədə Belediyye.infoya məlumatı bələdiyyə sədri Asif Həşimov bildirib.

Yağış sularının küçəyə axması nəticəsində qəsəbədaxili küçənin keçilməz vəziyyətə düşməsiylə bağlı vətəndaş müracilərini nəzərə alaraq Vəndam bələdiyyəsi daxili imkanları hesabına küçəni əsaslı şəkildə təmir edərək sakinlərin istifafəsinə verib.

Sədirn sözlərinə görə, küçədə həmdə 2-ci Qarabağ müharibəsi qazisi Ayaz Səfərli və 1-ci Qarabağ müharibəsinin şəhidi Hikmət Rəşidovun ailəsi yaşayır. Sədr daha sonra bildirib ki, küçəyə asfalt çəkilməsi barədə ilkin rəy 28.06.22-də əhali ilə səyyar görüş zamanı tövsiyə olundu. Müraciəti nəzərə alaraq bələdiyyə bütün imkanları səfərbər edərək 15.09.22-də yola 2.300 kv.m.asfalt örtük çəkilməsi barədə yekdil qərar qəbul etdi.

Layihə Vətən müharibəsində şəhid olanların “Anım günü”də yekunlaşdırıldı:

- 2020-ci ildə dövlət vəsaiti ilə qəsəbəmizdə inşa edilən yeni 2 saylı Hikmət Rəşidov adına orta məktəbin müəllim və şagirdlərin yarıdan çoxunun gündəlik gediş-gəliş yolu olan həmin küçənin əsaslı tikintisi onlara ən gözəl hədiyyə, bələdiyyə üçün isə qürurverici hadisədir.

Belediyye.info

ŞƏRHLƏR