"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Qarabağ müharibəsinin şəhid və qazi ailələri Səbail bələdiyyəsinin daim diqqət mərkəzindədir”

--2022-10-31 / 18:55

“Səbail bələdiyyəsi Səbail RİH-in təşəbbüsü ilə rayonun Qarabağ müharibəsində şəhid və qazi olan qəhrəmanlarını daim diqqət mərkəzində saxlayır. Mütəmadi olaraq onların ailələri ziyarət olunur, maddi və mənəvi dəstək göstərilir”- bu fikirləri Belediyye.infoya bələdiyyə sədri Haci Əliyev bildirib.

Sədrin sözlərinə görə, bələdiyyə iclasının qərarıyla sistemli şəkildə bələdiyyənin rəsmilərinin qulluqçularının və RİH-in təmsilçilərinin iştirakıyla rayon sakinləri olmuş şəhidlərin- Adıgözəlov Nazim Abdulla oğlu, Allahverdiyev Şahlar Həmid oğlu, Azayev Sərvər Sani oğlu, Bayramov Allahverdi Əli oğlu, Əsgərov Vidadi Nəriman oğlu, Əzizov Elçin Səlyəddin oğlu, Hüseynov Rəfail Maarif oğlu, Hüseynov Seyidəli Qiyas oğlu, İsmayılov Elşən Firazəddin oğlu, Məmmədov İsrail Teymur oğlu, Səmədov Daşqın Tariyel oğlu, Hümbətov Oruc Həmdiyyə oğlu, Əliyev Etibar Allahverdi oğlu və Əliyev Eyvaz Camal oğlunun ailələri ziyarət olunmuşdur.

Sədrin sözlərinə ğörə, görüşlərdə şəhid ailələrinin üzvləri xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşləməklə, əsgər və zabit heyətinə mənəvi dəstəyini göstərməklə Qarabağ müharibəsindəki qələbəmizi təmin etmiş olduqlarını bildiriblər. Səbail RİH-in nümayəndələrinin iştirakıyla keçirilən görüşlərdə şəhid ailələri onlara göstərilən qayğı və diqqətə görə ölkə rəhbərinə öz təşəkkürlərini bidliriblər.

Hazırda rayon ərazisində olan qazi ailələrinin ziyarəti davam etdirilir.

Belediyye.info

ŞƏRHLƏR