"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Necə olur ki, Əhəd Abiyev və digər tanınmışlar yerli vergini ödəyir, ancaq....”

--2021-08-15 / 11:27

Belediyye.info olaraq qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri bələdiyyələrin fəaliyyətini təbliğ etmək, qarşılaşdıqları problemləri ictimailəşdirmək, şəffaflığın və hesabatlılığın təmin edilməsiylə bağlı addımların atılmasına nail olmaqdır. Odur ki, mütəmadi olaraq bələdiyyələrdə olur, fəaliyyətləriylə maraqlanır, öz təklif və tövsiyələrimizi veririk.

Bu arada xüsusi olaraq qeyd edilməlidir ki, bələdiyyə sistemində öz işinə qeyri-ciddi yanaşan, formalaşdıqları müddətdən bəri heç bir iş görməyən, bələdiyyəni borclandıranlarla yanaşı, seçicilər arasında bələdiyyələrin nüfuzunu artırmaqla bu sistemin inkişafına maraqlı olan saysız hesabsız sədrlərimiz də vardır.

Haqqında danışdığımız bələdiyyə haqqında ilk məlumatı isə Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədovun hesabat xarakterli çıxışında oxumuşdum.

Sahil bələdiyyəsinin timsalında konkret misal çəkən mərkəz rəisi çıxışında qeyd edirdi ki, “2019-cu ildə sosial sığorta ödəmələri üzrə borcu olan Bakı bələdiyyələrinin vəzifəli şəxsləri ilə Bələdiyyələrlə iş mərkəzində görüş keçirilərək borcların yaranması səbəbləri, həlli yolları müzakirə edilmiş, müvafiq tövsiyələr verilmişdir. Az sonra məlum olmuşdur ki, Qaradağ rayonu Sahil bələdiyyəsi 37900 manat borcunu tam ödəmişdir. Bu məbləğ həmin bələdiyyə üçün kifayət qədər böyük olduğundan təbii ki, maraq doğurmuşdur. Məlum olmuşdur ki, bələdiyyə sədri qəsəbədə məhəllələr üzrə sakinlərlə görüşmüş, səmimi dialoq qurmuş, yerli vergilərin ödənməməsinin bələdiyyəni çətin vəziyyətə saldığını izah etmişdir. Sakinlərin vergi borclarını ödəmələri sayəsində bələdiyyə borcunu qısa müddətdə həll etmişdir.”

Bu çıxışdan xeyli bir müddətdən sonra adıçəkilən Qaradağ rayonu Sahil bələdiyyəsində oldum.

Formalaşdığı iyirmi ildən artıq bir müddətdə bələdiyyənin fəaliyyətində müyyən irəliləyişlər hiss olunsa da,  bu gün səmərəli fəaliyyəti və əsaslı inkişafı üçün əvvəlki tərkibdə seçilənlərin ciddi bir “bünövrə” yaratmamaları təəssüf doğurur. Müşahidələr göstərir ki, sonuncu seçkilərdə formalaşan bələdiyyə üzvləri Sahil bələdiyyəsinə yeni nəfəs gətirmiş, az müddət ərzində fəaliyyətləriylə seçicilərin rəğbətini qazanmış və müvafiq orqanların diqqətini cəlb edə bilmişlər.

Sahil bələdiyyəsinin 2020-ci ilin yanvar ayında keçirilən ilk iclasında Elmira Əliyeva sədr seçilib. E.Əliyeva bundan əvvəl dövlət qulluğunda çalışıb. Əvvəllki fəaliyyətiylə bağlı daimi qəsəbə sakinləri arasında olması, hər kəsi yaxından tanıması ilkin dövrdə bələdiyyə sədrinin üzləşdiyi problemləri sürətlə aradan qaldrılmasında ciddi şəkildə kömək etmiş oldu.

-Hər bir bələdiyyənin fəaliyyəti onun vergi-uçot sisteminin düzgün qurulmasından başlayır. Biz də fəaliyyətə başladığımız vaxtda bələdiyyəmizdə bu sistemi qurmağa başladıq. Bələdiyyə iclasının qərarıyla yaratdığımız komissiya qəsəbədə monitorinqlər keçirmiş, küçəbəküçə gəzərək qəsəbə üzrə vergi ödəyicilərinin siyahısını dəqiqləşdirmişdir. Borcu olanlar, çıxarışı olan və olmayanlar, ümumiyyətlə vergi ödəyicilərini siyahılaşdırdıqdan sonra bələdiyyə büdcəsinə daxil olmalı vəsaitin həcmini müəyyən edə bildik. Bü gün bələdiyyənin vergi xidmətinin səmərəli fəaliyyəti nəticəsində ötən illərdən yığılıb qalmış DSMF-yə və əməkhaqqı üzrə olan borcumuzu tam şəkildə ödəməyə nail olmuşuq.

Əlavə edim ki, qəsəbədə 18 küçə var. Bu gün bələdiyyənin vergi xidməti tərəfindən ümumilikdə 4.583 vergi ödəyicisi, habelə 444 sahibkarlıq fəaliyyətiylə məşğul olan fiziki şəxs qeydiyyata alınıb. Hazırda bələdiyyənin vergi xidmətinin fəaliyyəti sayəsində cari ildə vergi ödəyicilərinin 62 faizi, 444 sahibkarlıq fəaliyyətiylə məşğul olan fiziki şəxsin 255 vergiləri ödəyir.

Sədr söhbət zamanı bir məqamı da vurğulamağı unutmadı:

-Fəliyyətimizin əsas istiqamətlərdən biri də maarifləndirmədir. On beş bələdiyyə üzvünün və on nəfər bələdiyyə qulluqçularının iştirakıyla daim sakinlərlə görüşlər təşkil edir, problemləri öyrənilir, borclu olanlarla söhbətlər aparılır. Sakinlərlə gündəlik olaraq izahat işləri davam etdirilməkdədir. Əldə etdiyimiz uğurların kökündə məhz maariflədirmə işləri dayanır.

Sədr söhbət zamanı borclu vergi ödəyicilərlə bağlı fikirlərini bizimlə bölüşdü:

-Bu gün ərazidə yaşayan və bələdiyyədə qeydiyyatda olan vergi ödəyicilərinin bir qismi yerli vergiləri ödəməmək niyyətindən vaz keçmək istəmirlər. Biz bununla bağlı artıq bələdiyyə icalasında məsələni müzakirə edərək borclu vergi ödəyicilərmiz barəsində qanunamüvafiq şəkildə Ədliyyə Nazilriyinin İcra şöbəsnə qərarlarımızı göndərməyi planlaşdırırıq. Maraqlıdır ki, bəzi məsuliyyətli məmurlar, Milli Məclsin üzvlərinin özlərinin və yaxınlarının adlarına olan əmlaka görə vergi ödədikləri halda digərləri ödəməkdən yayınırlar. Lazım gəlsə bu məmurların adlarını ictimailəşdirəcəyik. Lakin vaxtıylə dövlət qulluğunda olmuş məmur və siyasi rəhbərlər özləri nümunə olmaq əvəzinə bu hərəkətləriylə digərlərini də vergini ödəməməyə təhrik edirlər. Bu hal heç də ürəkaçan hadisə deyil.

Söhbətimizin belə maraqlı yerində vergiləri vaxtında ödəyən tanınmışlar sırasında kimlərin olduğunu söruşdum. Sədrin cavabında maraqlı adlar sərgiləndi:

Daşkəsən RİH başçısı Əhəd Abiyev, MM üzvü Arzu Nağıyev, sabiq nazir Füzuli Ələkbərov nümunəvi vergi ödəyicilərimizdir. Maraqlıdır, necə olur ki, bu insanlar qanunun tələbinə uyğun olaraq vergilərini ödəyir, amma elə də məmurlar var ki, nə özünün, nə də yaxınlarının adına olan əmlaka görə bir manatda olsun vergi ödəmir. Hətta bəziləri ödəmək niyyətində deyillər. Ancaq vergi xidmətinin əməkdaşları ruhdan düşmür və maarifləndirmə işlərini davam etdirməkdədirlər.  

Bələdiyyənin qarşılaşdığı digər problemlərə gəlincə sədrin fikrincə, bu gün əsas problem bələdiyyələrə xəritələrin verilməməsidir. Əgər xəritələr verilmiş olsaydı, həm reklam gəlirlərinin, həm də dayanacaqlarla bağlı ödənişlərin həcmini artırmış olarıq. Sərhədlərin bilinməməsi, sənədsiz mənzillərin mövcudluğu işimizə ciddi əngəl yaradır.

Qəsəbə ərazisində olan qəbrstanlıq bələdiyyənın balansına verilməsə də, bələdiyyə olaraq əraziyə su xəttinin çəkilməsi həyata keçirmiş, ərazinin təmizliyi daim diqqətdə saxlayırıq. Ən əsası qəbrstanlığın reyestrinin aparılmasını başa çatdırmışıq və bu siyahı bu gün elektronlaşdırılır.

Belediyye.info

 

ŞƏRHLƏR