"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Necə ola bilər ki, söküntüsü iyun ayında həyata keçirilən binaya noyabr ayında çıxarış verilsin”

--2022-09-05 / 04:55

Bu günlərdə Nərimanov bələdiyyəsi qarşılıqlı iddia ərizəsiylə Nərimanov məhkəməsinə müraciət edib. Bələdiyyə sədri Təmraz Tağıyevin imzasıyla Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovaya ünvanlanan iddia ərizəsində cavabdeh kimi Əliməmmədov Natiq İslam oğlu, “İnteks” MMC və “Daşınmaz Əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi Şəxsin Baki şəhər Ərazi idarəsi göstərilib.

Maraqlıdır, bu addımın atılmasına Nərimanov bələdiyyəsini nə vadar edib. Bununla bağlı Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevlə əlaqə saxladıq.

Sədr Belediyye.infoya açıqlmasında bildirdi ki, 2008-ci ildən Nərimanov bələdiyyəsi Nərimanov MKTB-nin balansında olan binada fəaliyyətə başlayıb. Həmin ildəndə Əmlak məsələləri Dövlət Komitəsiylə müqavilə bağlayaraq icarə haqqı ödənilib. Hətta bir il maliyyə vəziyyətinin bələdiyyə üçün gərgin olduğu bir vaxtda Əmlak məsələləri Dövlət Komitəsi icarə haqqını ləngitdiyimizə görə bələdiyyəni məhkəməyə vermişdi. Ondan sonra Əmlak məsələləri Dövlət Komitəsinə müqavilə üzrə icarə haqqını vaxtında ödənilmişdir.

2021-ci ilin may ayından “İnteks” MMC ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərdiyimiz binanı təhvil verdik və öz vəsaitimizlə binanı tərk edərək “İnteks” MMC-nin təklif edtiyi ünvana köçdük. 2021-ci ilin sonunadək “İnteks” MMC tərəfindən köçdüyümüz yeni ofis üçün nəzərdə tutulan icarə haqqı da ödənilmişdir. Təbriz küçəsi 10 ünvanında yerləşən 440 kv.m ərazini tərk etdikdən dərhal sonra bina sökülmüş və şirkət tərəfindən yeni layihəyə uyğun addımlar atılmışdır.

2021-ci ilin sonunda isə “İnteks” MMC bizə məktub yazaraq icarə haqqlarını binanın yeni sahibi çıxdığından dayandıracağını bildirdi. 2022-ci ilin yanvarından bələdiyyəyə veriləcək icarə haqqı Nərimanov məhkəməsinin hakimi G.Əsədovanən bizim iştirakımız olmadan qəbul etdiyi qərarla dayandırılmışdır.

Məlum olub ki, binanın 1409 kv.m ərazisi Natiq Əliməmmədov adlı şəxs tərəfindən özəlləşdirilib və Natiq Əliməmmədova Əmlak məsələləri Dövlət Xidmətinin sədr müavini Elçin Yusubovun imzasıyla çıxarış da verilib. Necə ola bilər ki, söküntüsü iyun ayında həyata keçirilən binaya noyabr ayında çıxarış verilsin. Üstəlik, çıxarışa əlavə olaraq texniki pasportun verilməməsi də şübhələri artırır. Əlavə edək ki, Natiq Əliməmmədov 1.409 kv.m əraziyə görə 900.000 manat dövlət rüsümu ödəyib.

Birincisi Natiq Əliməmmədova şəhərin mərkəzində 1409 kv.m ərazinin 900.000 manata satılması indiki qiymətlərlə real görünmür. Hesab edin ki, şəhərin mərkəzində kv.m.638 manata obyekt üçün bina satışı nə qədər həqiqətə uyğundur. Elə saxtakarlıqda burdan başlayır. Sonra proseslərdə Natiq Əlimmədovun ortalıqda görünməməsi və əvəzində vəkilin çıxış etməsi də müəyyən şübhələri artırır. Daha sonra N.Əliməmmədovun 900.000 manatın odənişi üçün ondan deklarasiya niyə tələb edilməyib. Bu da çox maraqlı məqamdır. Fikrimcə, bu pulun mənbəyi bilinməliydi.

İkincisi, Natiq Əliməmmədov necə bir personadı ki ƏMDX müvafiq qurumu ona binanın satışını 20 günə həll edir. İyirmi ildir ki, bələdiyyələrə mülkiyyətə torpaq və əmlak verməyən bir qurum N.Əliməmmədovun hansi xidmətinə görə 1409 kv.m ərazini ona “müftə” verir. Bu prosesdə qaranlıq məqamlar çoxdur. Düşünürəm ki, bu proseslərə “İnteks” MMC-nin də iştirakı var. Proseslər ondan xəbər verir ki, N.Əliməmmədovun məhz “İnteks” MMC-yə yaxın adamı olduğunu ehtimal etmək olar. Və ehtimal etmək olar ki, bütün ssenarinin müəllifi də məhz “İnteks” MMC- dir

Bu gün Nərimanov bələdiyyəsi hesab edir ki, qarşılıqlı iddia təmin edilərək Bakı şəhəri, Təbriz küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 24.09.2021-ci il tarixli. 1306 saylı icarə müqaviləsi, həmçinin əmlakın satılmasına dair 289 saylı, 12.10.2021-ci il tarixli alqı-satqı müqaviləsi     etibarsız hesab edilməsi və   onun yaratdığı hüquqi nəticələr də etibarsız olduğundan mübahisə predmeti olan   həmin sahənin Əliməmmədov Natiq İslam oğlunun mülkiyyətinə verilməsi barədə 16.11.2021-ci il tarixli, 648332 saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir.  

Qanunvericiliyin tələblərini nəzərə alaraq Nərimanov bələdiyyəsi Nərimanov Məhkəməsindən xahiş edir ki, ilkin iddia tələbininin   rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, Bakı şəhəri, Təbriz küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 24.09.2021-ci il tarixli. 1306 saylı icarə müqaviləsi, həmçinin əmlakın satılmasına dair 289 saylı, 12.10.2021-ci il tarixli alqı-satqı müqaviləsinin     etibarsız hesab edilməsi və   onun yaratdığı hüquqi nəticələr də etibarsız olduğundan mübahisə predmeti olan   həmin sahənin Əliməmmədov Natiq İslam oğlunun mülkiyyətinə verilməsi barədə 16.11.2021-ci il tarixli, 648332 saylı çıxarışın ləğv edilməsi   barədə qətnamə qəbul edilməlidir.

Sonda Nərimanov məhkəməsinin hakimi Gültəkin Əsədovanın bu prosesdə bir tərəfli mövqedə dayanması da açıq aydın hiss olunur. Ehtimal etmək olar ki, məhkəmə hakiminin tələm-tələsik qəbul etdiyi qərarın arxasında hansısa maraqlar dayanır. Belə olmasaydı keçirilən iki prosesə heç olmasa bələdiyyyənin təmsilçiyini təmin edərdi.

Hər halda düşünürəm ki, hakim bu dəfə insafa gəlib qanunuyğun qərar qəbul etməklə Ulu öndər Heydər Əliyevin təbirincə desək “Bələdiyyələrin demokratiyanımn inkişafına yeni bir mərhələ olması” üçün öz töhvəsini verəcəkdir.

P.S. Açıqlamada adıçəkilən tərəflərin fikirlərini saytda yerləşdirməyə hazırıq.

Belediyye.info

 

ŞƏRHLƏR