"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Mülkiyyətinizdə olan pay torpaqlarındakı bələdiyyə mülkiyyəti olan yolları və arx kənarlarını şumlamayın”

--2021-10-11 / 16:27

Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli icarədarlara müraciət edib.

Muraciətdə bildirilir:

“Yeni şum mövsümü başlanır. Sizin bələdiyyə torpaqlarını icarə şəklində istifadə etməyiniz sahibkarlıq fəaliyyəti olub, Azərbaycan Respublikası qanunvericiliyi, xüsusilə Əmək, Mülki, Cinayət, Torpaq məcəllələri ilə tənzimlənir. İcarədə olan torpaqları təyinatına görə istifadə etmək qanunlar və imzalanmış müqavilələrlə Sizin məsuliyyətinizdədir. Əks halda imzalanmış müqavilələrə birtərəfli qaydada xitam veriləcəkdir. Xahiş edirik ki, şum çıxararkən Ağsu rayonu Gəgəli bələdiyyəsinin mülkiyyətində olan torpaqlar, payçılarası yollar, arx kənarları, bütün növ servitutarlarda ehtiyatlı olasınız. Bələdiyyə mülkiyyətinə zərər vurmamaq üçün bələdiyyə ilə əməkdaşlıqda işləməyi tövsiyə edirik. Bildiririk ki, mülkiyyətinizdə olan pay torpaqlarındakı bələdiyyə mülkiyyəti olan yolları və arx kənarlarını şumlamayın. Sizi torpaq vergilərinin ödənilməsi haqqında arayış və aidiyyəti razılıq vərəqlərinin olmasına diqqət yetirməyə çağırırıq. Qanunun aliliyinə riayət edən toplumu birlikdə inşa edək. Biz birlikdə güclüyük! Dəstəyinizə görə əvvəlcədən minnətdarlıq edirəm.”

ŞƏRHLƏR