"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Müəssisə yaratmaqla büdcəmizə əlavə maliyyə vəsaiti cəlb edə bilmişik”

--2021-09-10 / 14:46

“İsmayıllı rayonu Zərnəva bələdiyyəsinin 2014-cü ilə kimi illik büdcəsi 4.500 manat olmuşdur. Həmin ilin sonlarında keçirilən bələdiyyə seçkilərindən sonra yeni seçilən bələdiyyə üzvlərinin əsas məqsədi büdcə gəlirlərini artırmaqla sakinlərin qarşılaşdığı problemlərin həllinə nail olmaq oldu”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Afaq Məhərrəmova bildirib.

Sədrin sözlərinə görə, bu gün isə büdcə gəlirimiz il ərzində orta hesabla 15000 manat təşkil edir. Əldə etdiyimiz maliyyə vəsaitinin 65 faizini turizmdən, 35 faizini isə torpaq vergisindən əldə edirik.  

Əlavə maliyyə vəsaitinin cəlb edilməsi məqsədiylə bələdiyyənin nəzdində müəssisə - “Asma körpü" MMC təsis etmişik. Müəssisə yaratmaqla büdcəmizə əlavə maliyyə vəsaiti cəlb edə bilmişik. “Asma körpü" MMC-də iki nəfər Qarabağ qazisi işlə təmin olunub, əraziyə kameralar quraşdırılıb.

Körpünün yaranma tarixinə gəlincə sədr bildirib ki, asma körpü əhalinin maliyyə dəstəyi ilə 1997-ci ildə Girdiman çayı üzərində quraşdırılmışdı. 2014-cü ildə qəzalı vəziyyətə düşdüyündən asma körpü 2015-ci ildə Nazirlər Kabinetinin qərarıylıa bələdiyyənin balansına götürülüb və tamamilə sökülərək əsaslı təmir olunub. Əvvəlki vəziyyətindən daha da cəlbedici görünüşü ilə turistlərin diqqətini cəlb edən körpüdən istifadə edən turistlərin sayı isə ilbəil artmaqdadır.

Əvvəllər qarşısındakı lövhəyə məhəl qoymadan çoxlu sayda turistlər əylənmək məqsədilə körpü üzərinə çıxırdılar. Bu da təhlükənin yaranmasına gətirib çıxara bilərdi. Bələdiyyənin iclas protokolunun qərarları ilə xidməti sahə yaradıldı, nəzarətçi təyin olundu və turizm məqsədilə istifadə (yerli sakinlər istisna olmaqla) ödənişli oldu. Körpüyə nəzarətçi vəzifəsinə şəhid ailəsinin üzvünü təyin edilib.

Bu gün İsmayıllı RİH-in təşəbbüsü ilə ərazidə bir sıra layihələri gercəkləşdirmək niyyətindəyik.

Əlavə edim ki, 2015 ci ildən həm də bələdiyyə üçün üçotaqlı inzibati bina inşa etmişik. İşçilərin tam şəkildə fəaliyyəti üçün binada hər bir şərait yaratmışıq.

Sədrin sözlərinə görə, görülən işlərlə büdcə gəlirlərimizi artırmaqla sakinlərin xidmətində dayanmaqdan şərəf duyuruq. Bununla da seçiçilərimiz qarşısında götürdüyümüz öhdəlikləri layiqincə yerinə yetirmiş oluruq.

Belediyye.info

ŞƏRHLƏR