"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Maraqlıdır ki, DSMF rəsmiləri bələdiyyələrin borcunun bu qədər şişməsini niyə gözləyiblər”

--2019-08-19 / 18:30

Gədəbəy bələdiyyəsinin sədri Zülfüqar Yusifovun Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyə sədri seçildiyi zaman, yəni 2015-ci ilin yanvarında, bələdiyyənin 41 min manat DSMF-yə borcu olub. Hazırda ciddi cəhdlərimiz sayəsində borcun səviyyəsini 25 min manatadək azalda bilmşik.

Bələdiyyə sədri əsas diqqəti ona çəkib ki, bələdiyyələrin bu qədər borcunun yaranmasına DSMF rəsmiləri niyə göz yumublar. Bir tərəfdən bələdiyyə sədrlərinin məsuliyyətsizliyi, digər tərəfdən DSMF rəsmilərinin göz yumması Gədəbəy bələdiyyələrinin borcunun həcmini kifayət qədər artırıb. Bu gün 20 Gədəbəy bələdiyyəsinin hər birinin 35-50 min manatadək DSMF-yə borcu vardır. Belə çıxır ki, üst-üstə borcun həcmi 700 min manatı keçir.

Kənd bələdiyyələrinin borcunun yaranmasında əsas səbəbi bələdiyyələrin birləşdirilməsi oldu. Yəni kiçik bələdiyyənin sədrinin məsuliyyətsizliyi ucbatından yaranan borcu birləşdirmədən sonra fəal bələdiyyənin hesabına keçdi, bu borcda bələdiyyələri bir növ çökdürdü.

Bu gün ancaq əməkhaqqı vermək şansımız vardır. Çalışırıq bütün vasitələrdən istifadə edib borcu bağlayaq ki, seçicilərin qarşısından üzüqara qalmayaq. Çətinliklə də olsa layihələr icra edirik, ancaq gələn pul DSMF borcuna silindiyindən vəsaiti bankdan götürə bilmirik.

Gədəbəy rayonunda formalaşan 20 bələdiyyənin əldə etdikləri maliyyə vəsaitinin həcmi 235.100 manat olub. Bu da 2017-ci illə müqayisədə büdcə gəlirlərində 3 faiz azalma deməkdir.

Belediyye.info

 

ŞƏRHLƏR