"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Kəpəz bələdiyyəsinin DSMF-yə olan 108 min manat borcu tam şəkildə ödənib”

--2019-08-23 / 19:16

“Gəncə şəhəri Kəpəz bələdiyyəsinin DSMF-yə olan 108 min manat borcu bu il ərzində tam şəkildə ödənilib”- bu fikirləri Belediyye.infoya Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev bildirib.

Qeyd edək ki, bu borc bələdiyyənin 2004-2015-ci llərdəki fəaliyyəti zamanı meydana gəlmişdi. Kəpəz bələdiyyəsi 2018-ci ildə əldə etdiyi maliyyə vəsaitinin həcmi isə 389.688 manat olub. Əldə edilən vəsaitin 175.388 manat bələdiyyə əmlakının - torpağınn icarəsindən daxil olub.

Kəpəz bələdiyyəsi 119.288 manatlıq əmlak vergisi, 31745 manatlıq torpaq vergisi, 8.013 manatlıq mədən vergisi, 2.073 manatlıq mehmanxana rüsumu, 2.680 manatlıq dayanacaq rüsumu toplaya bilib.

Təəssüf ki, il ərzində reklam vergisindən bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Qeyd edək ki, il ərzində 50.000 manatda dövlət tərəfindən dotasiya ayrılıb.

Bələdiyyə sədri cari ilin altı ayı ərzində də əldə edilən gəlirlər barəsində məlumatı da Belediyye.infoya verib.

Belə ki, bələdiyyə cari ilin altı ayı ərzində 286.289 manat maliyyə vəsaiti əldə edib. Əldə edilən vəsaitin isə 56.745 manatı bələdiyyə əmlakının - torpağınn icarəsindən daxil olub.

Gəncə şəhəri Kəpəz bələdiyyəsi 84.180 manatlıq əmlak vergisi, 76.248 manatlıq torpaq vergisi, 2.600 manatlıq mədən vergisi, 498 manatlıq mehmanxana rüsumu, 1.080 manatlıq dayanacaq rüsumu toplaya bilib.

Torpaq satışından 2.354 manat və dəfn xidmətilərindən isə ilk dəfə olaraq 18.468 manat maliyyə vəsaiti daxil olub.

Belediyye.info

ŞƏRHLƏR