"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “İcra başçısı lazım gələndə bələdiyyəmizin qarşılaşdığı problemlərin həllinə öz köməkliyini göstərib”

--2023-02-03 / 14:19

“BİZİM BƏLƏDİYYƏ SƏDRİ” rubrikasında ilk müsahibəni müzakirənizə təqdim edirik. Suallarımızı Zaqatala rayonun Muxax bələdiyyəsinin sədri Elvin Yusubov cavablandırır:

 -Rəhbərlik etdiyiniz bələdiyyənin qarşılaşdığı problemlərin həllini necə dəyərləndirirsiniz?

-Bələdiyyənin qarşılaşdığı problemləri saymaqla bitmir. Ancaq təbii ki, problem varsa onun həlli yolları da var. Bu yolları axtarıb arayıb həllinə nail oluruq. Rayonmuzda bəlkə də Azərbaycanda formalaşan ən gənc bələdiyyə sədrlərindən biriyəm. Biz gənclər olaraq ümüdlə yaşayırıq, inanırıq ki, gün gələcək ulu öndərimiz Heydər Əliyevin xeyir duası ilə yaradılan bələdiyyələr problemlərin həllində heç bir cətinlik cəkməyəcəklər. Onların maliyyə imkanları genişləndiriləcəkdir. Biz bələdiyyə üzvləri calışırıq və ümüdlə də hər bir qarşılaşdığımız problemlərni həlli istiqamətində işlərimizi günün tələbləri səviyyəsində qurmağa calışırıq.

-Bələdiyyədə vergi-ucot sistemi necə qurulub,sistemdə vergi ödəyiciləri tam əhatə olunurmu?

-Bələdiyyəmizdə vergi ucotu Azrbaycan Respublikası Vergi Məcəlləsinə, Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması və uçot sisteminə uyğun qurulmuşdur. BAMS proqramında vergi ödəyiçiləri tam olaraq əhatə olunub.Vergilərin ödənilməsi rahat şəkildə Azərpoct şöbələri vasitəsi ilə bələdiyyə büdcəsinə ödənilir. Hal-hazırda məlumat üçün bildirim ki, BAMS proqramına vergi ödəyiçilərin mobil telefon nömrələrinin yazılışı davam etdirilir. Məqsədimiz ondan ibarətdir ki,vergi ödəyiçilərinə vergilərini ödəmək üçün telefonuna mesaj göndərilməsi təmin edilsin.

-Qəbul edilən qanunlara hansı əlavələrin edilməsini təklif edərdiniz?

-Bildiyiniz kimi, bələdiyyələrin əlində olan bir çox maliyyə imkanları alınmışdır.Bunlara misal olaraq texnikalardan alınan vergilər, mədən vergisi, icməli su və sair misal göstərmək olar. Həmin vergilər bələdiyyələrdən alındıqdan sonra dəfələrlə vergilərin tarifləri artırılıb. Bələdiyyələr yaradılan zamanı olan torpaq vergiləri demək olar ki, olduğu kimi saxlanılıb. Bələdiyyə büdcəsinin formalaşmasında əsas yerlərdən birini tutan torpaq və əmlak vergilərinə yenidən baxılmasını təklif edərdim. Məlum olduğu kimi, Azərbaycanda minimum əmək haqqının artırılması çox vacib olan məsələlərdən biridir. Hörmətli Prezidentimizin sərəncamı olmuşdur ki, 01 yanvar 2023-cü il tarixdən minimum əmək haqqıları 345 manat müəyyən edilsin. Təklf edərdim ki, bələdiyyələrə ayrılan dotasiyanın miqdarı artırılsın ki, bələdiyyələr maliyyə cətinliyindən qismən də olsa özlərini sığortalıya bilsinlər. Sonuncu təklifim isə ondan ibarətdir ki, bələdiyyələrin maliyyə imkanlarını nəzərə alaraq çox aşağı faizlə uzunmüddətli kreditlər verilsin.

     - Sizə müraciət edən vətəndaşın daha çox hansı probleminin həllinə nail ola bilirsiniz?

-Bələdiyyəmizin ərazisində bizə müraciət edən vətəndaşların üzləşdiyi problemin həllində mövcud qanunvericiliyə əsaslanaraq həll edilməsinə calışırıq. Ərazidə yayaşayn hər bir vətəndaşımız bizim secicilərimizdir.Məlumat üçün bildirim ki,hər altı aydan bir secicilərimiz qarşısında hesabat veririk və həmin hesabatı da ictimailəşdiririk.Hər bir vətəndaşın istəyi problemi müxtəlifdir.Bizim gücümüz catan problemləri yerində həll edirik,həll edilməsi mümkün olmayan problemiləri isə aidiyyatı üzrə digər təşkilatlara ünvanlayırıq. Bələdiyyəmizin üzləşdiyi ən cətin problemlərindən biri torpaq islahatı zamanı yol verilmiş nöqsanlar,catışmamazlıqlardır. Həmin məsələlərin həlli isə bildiyiniz kimi bələdiyyəyə aid olmayan bir məsələdir. Bələdiyyə də mülkiyyətçidir,bələdiyyəyə də islahat zamanı mülkiyyətinə torpaq və əmlak verilmişdir. Bələdiyyə özünə verilmiş torpağın və əmlakın sahibidir. Çox cətinliklə də olsa bax qeyd edilən problemlərin həllinə nail ola bilirik.

- Bələdiyyənizin əgər DSMF-na və ya digər orqanlara borcu varsa,onun silinməsi üçün hansı addımların atılmasına qərar vermisiniz?

-Birinci ilk addım borcun yaranmamasına bələdiyyədə yaradılan şərait bələdiyyə üzvlərinin, qulluqcuların işə olan münasibətindən çox asılıdır. Bələdiyyəmizdə hamı demək olar ki,birlikdə işin öhdəsindən gəlməyə calışır.İlk növbədə bələdiyyədə işləyən hər bir işcimiz vətəndaşlarla söhbət aparır, vergilərin vaxtında büdcəyə ödənilməsi barədə təlimatlandırıcı məılumatlar verirlər.Bundan başqa hər həftənin birinci iş günü sədrin yanında işçilərin gördüyü işləri barədə hesabatları dinlənilir və növbəti həftə üçün görəcəyi işlər barədə tapşırıqlar verilir.Bir sözlə bələdiyyənin maliyyə məsələləri daim diqqətdə saxlanılır.Sevindirici haldır ki,mən işlədiyim 3 il ərzində nə DSMF-na nə də ki,digər təşkilatlara hec bir borcumuz qalmamışdır. Mən şəxsən verdiyim qərarın icrasına nəzarəti öz üzərimdə salayıram ki, maliyyə cətinlikləri ilə üzləşməyək.

 - Sizin rayonda icra-bələdiyyə münasibətləri hansı formada tənzimlənir?

-Muxax bələdiyyəsi rayonumuzda sayılıb secilən bələdiyyələrdən biridir. Rayonumuzda həmişə öz işgüzarlığı, ziyalıları, qabağcıl qabiliyyəti olan gəncləri ilə sayılıb secilib. Həmişə olduğu kimi rayon rəhbərliyi ilə bələdiyyəmiz qarşılıqlı şəkildə fəaliyyətimizi davam etdirirk. Zaqatala RİH başçısı da bələdiyyəmizə həmişə hörmətlə yanaşıb, lazım gələndə öz tövsiyyələrini verib. Bələdiyyəmizin qarşılaşdığı problemlərin həllində bələdiyyəmizə daimə öz köməkliyini göstərib.

Belediyye.info

ŞƏRHLƏR