"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: "Görülən işlərin təbliği bizi qane etmir"

--2020-03-30 / 07:39

Bu gün qlobal dünya ciddi bir sınaq qarşısındadır. Koronavirus pandemiyasının qaşısının alınması üçün hər bir vətəndaş öz sahəsində mübarizə aparır. Lakin bu mübarizə bir nöqtəni vuranda, pərakəndə deyil, birgə əmədaşlıq yolu ilə aparılırsa onun nəticəsi olur və olacaq. Sözsüz ki, əsas silahımız bütün işlərlə yanaşı təbliğat vasitələrdindən düzgün və səmərəli şəkildə istifadə edilməsidir.
Bu gün ölkəmizdə də ilk gündən dövlət başçısı tərəfindən ciddi qərarlar qəbul edildi, Nazirlər Kabinetində Operativ Qərargah yaradıldı, sözün həqiqi mənasında bu mübarizəyə cəmiyyətin bütün təbəqələri və sahələri cəlb edilməkdədir.
İdarəçiliyin bir istiqaməti kimi yerli özünidarəetmə orqanları da ilk gündən dövlətin aparıdğı bu işlərə dəstək göstərirlər.
Bəs görülən işlərin, həyata keçirilən layihələrin sosial media üzərindən təbliğini necə qiymətləndirmək olar?

Bu sualı cavablandıran Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev Belediyye.infonun əməkdaşıyla söhbətində bildirib ki, görülən işlərin təbliği müəyyən mənada sədr olaraq məni qane etmir. Görülən işlərimiz çoxdur.
Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bununla yanaşı kompleks proqram həyata keçirilir.

Biz bə bələdiyyə olaraq ilk gündən bu mübarizəyə qoşulmuşuq, yaradılan fonda öz dəstəyimizi etmişik və bundan sonra da edəcəyik.
Fəaliyyətimiz həm media orqanı olaraq Belediyye.info protalında, həm də sosial media da paylaşılır. Lakin bir çox hallarda gördüyümüz işləri təbliğ etməməklə bərabər, sosial mediada yalnız özü səhifəmizdə paylaşmaqla işimizi bitmiş hesab edir, digər bələdiyyələrin fəaliyyətiylə maraqlanmır və heç olmasa sosial media üzərindən dəstəyimizi göstərmirik. Halbuki bunu etməklə, həm öz fəaliyyətimizi təbliğ etmiş oluruq, həm də fəaliyyətimizdən xəbərsiz olan sakinləri də bu işlərə cəlb etmiş oluruq.
Bələdiyyə sədri olaraq istərdim ki, sosial medainın gücündən istifadə etməklə bələdiyyələrimizin hər birinin fəaliyyətini fərq qoymadan təbliğ edək. Bələdiyyə sədrlərini, qulluqçularımızı bu ideya ətrafında düşünməyə və fəaliyyətimizi artırmaqla sakinlərin daha çox rəğbətini qazanmağa səsləyirəm.
Belediyye.info

ŞƏRHLƏR