"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Əvvəlki illərdən yığılıb qalmış borcların ödənməsi fəaliyyətimizə çox ciddi əngəl yaratmışdı”

--2021-10-05 / 16:51

“Hazırda heç bir quruma borcumuz yoxdur” - Sumqayıt şəhər Hacı Zeynəlabdin qəsəbə bələdiyyəsinin sədri Əsli QASIMOVA Belediyye.infoya açıqlamasında bidirib.

Sədrin sözlərinə görə, əvvəlki illərdən yığılıb qalmış borcların ödənməsi fəaliyyətimizə çox ciddi əngəl yaratmışdı. Fəaliyyətə başladığımız ilk gündən əsas məqsədimizdən biri borcların silinməsinə çalışmaq və bununla da bank hesabımıza qoyulan “inkassa”nı götürməklə sərbəst fəaliyyətə başlamaq olmuşdur.

Kollektivimizin və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bələdiyyənin borclarını silməyə nail ola bildik. Belə ki, əməkhaqqına görə olan 9642 manat, Ekologiya və Təbbi Sərvətlər nazirliyinin cərimə sanksiyasına görə 4210 manat, DSMF 2000 manat, milli assosiasisyaya 1350 manat olan borc ödənilib.

Hazırda fəaliyyətimizi genişləndirməklə büdcə vəsaitlərinin həcmini artırmaqla məşğuluq. Məqsədimiz vergi borclarını toplamaqla bələdiyyəyə edilən müraciətlərin vaxtıdna həllinə nail olmaqdır.

Belediyye.info

ŞƏRHLƏR