"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Əvvəlki illərdən yaranmış borcları silmək üçün ciddi addımlar atırıq ”

--2021-09-09 / 15:33

“Bələdiyyəni 20 min manata yaxın borcla qəbul etsəmdə bu gün bu borcun silinməsiylə bağlı ciddi layihələr icra edilməkdədir”- bu fikirləri Hacıqabul bələdiyyəsinin sədri Sahil Şükürov bildirib.

Sədrin sözlərinə görə, əgər ötən illərdə bələdiyyənin illik büdcəsi 6-7 min manat təşkil edirdisə bugün bu rəqəmin beş dəfəyədək artıra bilmişik.

Ötən ildə əldə etdiyimiz maliyyə gəlirinin həcmi 30 min manata yaxın idisə, bu ilin altı ayı ərzində 22 min manat vəsait toplaya bilmişik. Bu gün bələdiyyədə atılan bütün addımlar konkret proqram üzrə həyata keçirilir və dəqiq uğot sistemi qurulub, proses elektronlaşdırlıb. Bütün bildirişlər paylanılıb. Əhali arasında ciddi şəkildə maarifləndirmə işləri aparılmaqdadır.

Əsas çətinliyimiz şəhər ərazisində olan mənzillərin 80 faizədək hissəsinin sənədinin olmamasıyla bağlıdır. Hazırda 4400 vergi ödəyicimizin yalnız 1000-ə yaxınından vergi toplaya bilirik.

Bələdiyyəmizin əsas problemlərin Dövlət Əmlak Xidmətiylə bağlıdır. Əgər müəyyən məsələlərin həllində bələdiyyənin təklifi nəzərə alınsa qarşılaşdığımız çətinliklərdə aradan qalxar.

Vətəndaş müraciətlərini daim diqqətdə saxladığını deyən sədr daha sonra bildirib ki, sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq  Hacıqabul RİH-in dəstəyi ilə Nadirxan Dadaşov küçəsində 280 metr və Əzizağa Əsədov küçəsində 230 metr kanalızasiya xətti çəkilmiş, Z.Tağıyev, Asif Abdulalyev və bir sira küçələri  isə çınqıl və asfalt qırıntıları yayılaraq hamarlanmışdır.

Belediyye.info

ŞƏRHLƏR