"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Əsas məqsədimiz büdcə gəlirlərimizi artırmaqla sakinlərimizin qarşılaşdığı problemləri sürətli və operativ şəkildə həllinə nail olmaqdır”

--2022-01-13 / 05:18

“Maştağa bələdiyyəsi ötən il büdcə gəlirini  22 faiz artıra bilib”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov bildirib.

Onun sözlərinə görə, pandomiyanın kəskin dövrlərində ciddi şəkildə əziyyət çəksək də bələdiyyə qulluqçularının və bələdiyyə üzvlərinin birgə səyi sayəsində qarşılaşdığımız problemləri müəyyən mənada dəf edə bildik. Bu gərginliyin azalmasında Sabuçu RİH-in və Bələdiyyələrlə iş mərkəzinin də xüsusi rolu olduğunu qeyd etmək lazımdır.

Maştağa Bələdiyyəsinin yerli büdcəsinin 2021-ci il üçün gəlirlərinə toxunan sədr bildirib ki, ötən il 95.458 manat fiziki şəxslərdən torpaq vergisi, 211.230 manat fiziki şəxslərdən əmlak vergisi,   50.756 manat torpaq icarə haqqı, digər istiqamətlərdən 32 min manat büdcə gəliri əldə edilib.

Bələdiyyəyə ayrılan dotasiya ilə yanaşı illik büdcə gəlirimizin həcmi 410 min manata yaxın olub. Əlavə edim ki, bu vəsaitin 15 min manata yaxın bir hisəsi əvvəl ki ildən qalan qalıqdır.

Bələdiyyənin xərlcərinə sədr geniş şəkildə toxundu:

     2021-ci il üçün Maştağa Bələdiyyəsinin Yerli Büdcəsinin   xərcləri:

     Əmək haqqı (kompensasiya,məzuniyyət) və ə/h tutulmalar     -   176.887,00

       Dövlət sosial müdafiə fondu     - 34518,44( dekabr 2020 və 2021 illər üçün)

       Bülleten- 619,09

       Azərbaycan Silahli qüvvələrinə yardım fonduna - 2600

       İşsizlik sığorta     - 884,43

       Assosasiya abunə haqqı    - 2200,00

       İcbari tibbi sığorta     - 1.768,87

       Üzvlük haqqı ödənişi - 1500,00

       Kommunal xidmətlərə ödəniş     -2136,76

       Telefon abunə və internet haqqı   - 1069,65

       İcbari sığorta (işcilər)     - 257,52

       Təsərrüfat xərci və dəftərərxana ləvazimatı,blanklar     - 2854,69

       Qəzet, jurnal abunə(2021-2022 - I yarımili)   - 3051,00

       Maddi yardım(imkansız ailələrə)     -   4003,73

       Bələdiyyə üzvləri və işçiləriə bayram pulu - 2450,00

     Əsas vəsaitin alınması və təmir xərcləri -     4299,00

     Bank, e manat x/h,poçt xidmət haqqı,audit xidmət haqqı - 13872,34        

     Vergi agentləri üşün xüsusi forma alınması - 720,00

     Bələdiyyə binasının dam örtüyünün dəyişilməsi - 6954,00

     Məhəllədaxili yolların təmiri və buzdan təmizlənm üçün duz alınması – 91.930,09

     İmkansız ailənin yanmış evinin təmirinə köməklik   - 1500,00

     Şəhid ailələrinə maddı köməklik(dəfn və 40 mərasimi)və ildönümü - 4544,00

     Anım günü,zəfər günü və 20 yanvar şəhid ilə əlaqədar gül buketlərin alınması -4400,00

     Qəsəbənin qrunt sular təmizl,daşınması və motor nasos alınması və təmiri - 4012,00

   Təmir,tikinti,avadan alınması və abadlıq işləri - 6897,00

     28 saylı məktəbdə qrunt suların. fəsadlarının aradan qaldırılması - 1900,00

     Abadlaşdırma (zibil qutularının yerləş yer tikintisi) və uşaq bağç. abadlaşd   - 3780,00

     Milli Arxivə sənədlərin verilməsi xidmət haqqı     - 1996,12

     Vətən müharib itgin düşmüş əsgərin ailəsi üçün ev tikintisi və təmiri   - 28.132,02

     Sair xərclər - 795,60

Beləliklə bələdiyyənin ümumi xərclərinin həcmi 412.533 manat təşkil edib.

Mikayıl Məmmədov sonda bildirib ki, cari ildə əsas məqsədimiz büdcə gəlirlərimizi artırmaqla sakinlərimizin qarşılaşdığı problemləri sürətli və operativ şəkildə həllinə nail olmaqdır. Göründüyü kimi, əldə etdiyimiz maliyyə vəsaitinin yarıdan çoxunu məhz bu məqsədlərə xərcləmişik.

Belediyye.info                    

ŞƏRHLƏR