"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Ərazimizdəki sənədsiz evlər ümumi rəqəmin 60 faizini təşkil edir”

--2021-09-20 / 11:58

Belediyye.infonun ekspress sorğusunu Şamaxı bələdiyyəsinin sədri Rövşən Yolçiyev cavablandırır

Bələdiyyənizə aid olan xəritə Əmlak Məsələləri Dövlət xidməti tərəfindən Sizə təqdim edilibmi? Təqdim edilməyibsə bununla bağlı hansı addım atmısnız? Ümumiyyətlə, bununla bağlı son vəziyyət haqqında nə deyə bilərsiniz?

- Xeyr. Teqdim edilmeyib. 17.09.2021-ci ilde elektron xəritələr Şamaxıda fəaliyyət göstərən bələdiyyələr tərəfindən (bir neçəsi istisna olmaqla) təsdiq olunaraq Milli Məclisə təqdim edilməsi uçun müvafiq xidmətə təqdim edilib.

Ötən illə müqayisədə cari ildə büdcə gəlirləri barədə nə deyə bilərsiniz? Bu iki maliyyə ilinin müqayisəli təhlili aparılıbmı?

- Ötən ilin sentyabr ayının 1-dək 11.251 manat torpaq və əmlak vergisi yıgıldığı halda, bu ilin sentyabr ayının 1-nə bu rəqəm 17565 manat təşkil edib.

Ən çox artım və ən çox azalma hansı maliyyə istiqamətində olub?

- Ən çox artım torpaq və əmlak verğisi istiqamətində, azalma isə dayanacaqların icarəsi istiqamətində mūşahidə olunub.

Ən ksək borcu olan vergi ödyiciləriylə bağhansı addım atırsız?

- Ən çox borcu olan şəxslərin mülkiyyət sənədinin bələdiyyəyə təqdim edilməsi ūçūn Şamaxi ərazi idarəsinə mūraciət olunub. Qanunvericiliyin tələblərinə uyğun muvafiq tədbir görməyi nəzərdə tuturuq.

DSMF-yə və digər qurumlara borcunuz yoxdur ki, əgər varsa nə qədərdir?

- DSMF-yə və digər orqanlara dövlət qurumlarına borcumuz yoxdur.

Ərazidə nə qədər vergi ödəyiciniz var?

-Ərazidə vergi ödəyicilərinin dəqiq sayı məlum deyil. Dəqiqləşmə aparmaq ūçūn DEDRX-in Şamaxi Ərazi İdarəsinə muraciət olunub

Ərazidə sənədsiz mənzillər ümumi rəqəmin neçə faizini təşkil edir?

- Bələdiyyə ərazisində sənədsiz evlər (qeydiyyatdan keçməmiş evlərlə birlikdə) ümumi rəqəmin 60 faizə yaxınını təşkil edir.

Bələdiyyə sədri kimi bələdiyyələrin qarşılaşdığı hansı problemin ilk olaraq həll edilməsini istərdiniz ?

- Hazırkı vəziyyətdə yalnız mülkiyyətdə olan əmlaklardan deyil, butun əmlakların vergiyə cəlb edilməsinin mümkunlüyünün həll edilməsini istərdik.

 Belediyye.info

 

ŞƏRHLƏR