"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Ərazimizdəki evlərin səksən faizinin sənədi yoxdur”

--2021-08-27 / 17:12

“Hazırda bələdiyyəmizin əsas problemi ərazimizdəki əhalinin mənzillərinin sənədinin olmamasıdır. Cəmi iyirmi  faiz mənzilin vergisini toplaya bilirik”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Qala bələdiyyəsinin sədri Mahir Novruzov bildirib.

Sədrin sözlərinə görə, qəsəbədəki mənzillərin sənədləşdirilməsi həyata keçirilmiş olsa büdcə gəlirlərimizi üç dəfəyədək artıra bilərik. İllər öncə salınmış yaşayış massivlərindəki mənzillərin bu gün nə ünvanı, nə də qeydiyyatı var.

Təəssüf ki, onların məskunlaşdığı ərazilərin bir qismi kənd təssərüfatı təyinatlı torpaqlarda olduğundan sənədləşdirilməsi ümumiyyətlə mümkün deyidlir. Çünki ilk olaraq torpağın təyinatı dəyişdirilməli və sonradan sakinlər tərəfindən sənədləşdirilməyə başlanılmalıdır. Bununla bağlı müvafiq olaraq rəsmi qurumlara müraciətlərimiz olub.

Bu günədək bələdiyyənin əvvəlki illərdən yığılıb qalmış 25 min manatdan artıq olan borcunu silmişik. Hazırda heç bir təşkilata bir manatda olsun borcumuz yoxdur.

Vergi xidmətinin əsas vəzifəsi bu gün bildirişləri paylamaq və əhali arasında maarifləndirmə işlərini aparmaqdır.

İnanıram ki, qanunvericiliklə əmlak vergsinin yığımıyla bağlı məqama dəyişiklik edilmiş olsa büdcə gəlirlərimizi artıra bilərik.

Borclu vətəndaşlarımız haqqında bilgiləri isə bələdiyyə iclasının qərarıyla icra şöbəsinə göndəririk.

 Belediyye.info

ŞƏRHLƏR