"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Əmlak məsələləri Dövlət xidmətinin passivliyi həm bizim, həm də sakinlərin problemlərini artırmaqdadır”

--2022-08-26 / 18:38

”Bu gün əsas məqsədimiz vergilərin yığım səviyyəsini artırmaqla sakinlərimizin qarşılaşdığı problemlərin həllinə nail olmaqdır”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.

Sədr daha sonra bildirib ki, vergi müfəttişlərimiz daim yorulmadan sakinlərlə maarifləndirmə işlərini aparır. Cari ildə vergi yığımında artım olsa da, bu bizi qane etmir. Odur ki, əlavə maliyyə vəsaiti cəlb etmək üçün müəyyən layihələrin icrasına başlamaq niyyətindəyik.

Hazırda bələdiyyənin intentarlaşdırma komissiyasının rəyinə əsasən qəsəbədə 7.303 fərdi təsərrüfat və 267 sahibkarlıq subyekti var. Onlardan bu gün 5484-ü vergiyə cəlb edilib.

Ümumi qeydə alınan təsərrüfatların cəmi 38 fazinin çıxarışı var, qalan 62 faizi isə sənədsizdir. Sənədsiz mənzillərin mövcudluğu ümumi işimizə ciddi problem yaradır. Hər bir sakinə izah verilir ki, mənzilinin, əmlakının rəsmiləşdirilməsi və qeydiyyata alınması ilk növbədə vətəndaş olaraq sizin üçün əhəmiyyətlidir. Rəsmi çıxarışları olarsa gələcəkdə mənzilin satışa çıxarılmasında və övladlarınıza bağışlanarkən problem yaşanmaz və yaxud sahibkarlıq fəaliyyətiylə məşğul olmaq istədikdə mənzili girov qoyub kredit götürmək şansınız daha çox olacaq. Ancaq bu istiqamətdə Əmlak məsələləri Dövlət xidmətinin passivliyi həm bizim, həm də sakinlərin problemlərini artırmaqdadır.

Bələdiyyə üzvlərinin və qulluqçularının iştirakıyla vətəndaşlarla mütəmadi olaraq keçirdiyimiz görüşlərdə onların problemlərini dinləyir, bələdiyyədən asılı olanlar dərhal öz həllini tapır, digər qurumlardan asılı olanlar isə müvafiq olaraq həll edilməsi üçün onlara yönləndirilir və nəzarətdə saxlanılır. Hazırda qəsəbədə 40 min qeydiyyatda olan sakin yaşasa da qeydiyyatsız vətəndaşlarımızın sayı 35 min nəfəri keçir.

Bu günlərdə Buzovna qəsəbəsində “Şəhidlər” kompleksini istifadə vermişik. Kompleks Buzovna bələdiyyəsinin maliyyə dəstəyi ilə inşa edilib. Kompleksdə qəsəbədə birinci və ikinci Qarabağ müharibəsində həlak olan 42 qəsəbə sakininin barelyefi vurulmuşdur.

Buzovna bələdiyyəsinin təşkilatçılığı və maliyyə dəstəyi ilə reallaşan layihə çərçivəsində kompleksin ətrafında təmizlik işləri aparılmış. Ətrafa gül-çiçək kolları əkilib və küçənin bir hissəsinə asfalt vurulmuşdur.

Bələdiyyə sədrinin sözlərinə görə, artıq abidə kompleksi ziyarətgaha çevrilib. Buzovna bələdiyyəsi olaraq bələdiyyə iclasında qərara almışıq ki, şəhid və qazi ailələriylə görüşlərimiz məhz bu abidə kompleksində keçirək. Bu həm şəhidlərimzə ehtram əlaməti, həm də qəsəbə gəncləri üçün bir örnəkdir.

Bələdiyyə şəhid və qazi ailələrini diqqətdə saxlamaqla, daim onların yanında olmağı özünə borc bilir, vəzifəsi hesab edir.

Buzovna bələdiyyəsi vahid komanda olaraq bütün layihələrin icrasında koordinasıyalı şəkildə hərəkət edərək həyata keçirir. Vergi ödəyicilərimizdən xahiş edirik ki, bütün layihələri uğurla həyata keçirməyimiz üçün yerli vergiləri vaxtında ödəməyə maraqlı olsunlar.

Bu gün təəssüflə bildirmək istərdik ki, bəzən ən passiv vergi ödəyiciləri barəsində icra şöbəsinə müraciət etmək məcburiyyətində qalırıq. Bu günədək 57 nəfər barəsində inzibati akt tərtib edilərək icra şöbəsinə göndərilib ki, onun da nəticəsində ümumilkdə 25.654 manat bələdiyyə büdcəsinə maliyyə vəsaiti daxil olub. Hazırda 36 nəfər tam şəkildə, 6 nəfər isə hissəli şəkildə vergilərini ödəyiblər. 16 nəfərin vergi borcu isə 5.634 manat təşkil edir.

Bu istiqamətdə fəaliyətimizi sistemli şəkildə davam etdiririk.

Belediyye.info

ŞƏRHLƏR