"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyələrə problem yaradır, onların müraciətlərinə cavab vermir”

--2021-09-22 / 14:54

Belediyye.infonun ekspress sorğusunu Mingəçevir bələdiyyəsinin sədri Ramiz Əliyev cavablandırır:

Bələdiyyənizə aid olan Xəritə Əmlak Məsələləri Dövlət xidməti tərəfindən Sizə təqdim edilibmi? Təqdim edilməyibsə bununla bağlı hansı addım atmısnız? Ümumiyyətlə, bununla bağlı son vəziyyət haqqında nə deyə bilərsiniz?

- Mingəçevir Bələdiyyəsinə aid xəritə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hələ də təqdim edilməyib. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirinə dəfələrlə yazılı müraciət etmişik. ƏMDX-nin nümayəndəsi bu yay xəritənin veriləcəyinə söz versə də, verilmədi.

Bu səbəbdən sahibkarlıq və fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmasında problemlə üzləşirik.Ötən illə müqayisədə cari ildə büdcə gəlirləri barədə nə deyə bilərsiniz? Bu iki maliyyə ilinin müqayisəli təhlili aparılıbmı?

-Ötən illə müqayisədə cari ildə büdcə gəlirlərimiz artmışdır. Hətta büdcəyə bu ilin 8 ayında ötən ildəkindən çox gəlir daxil olub. 2020-ci ildə bələdiyyənin gəlirləri ümumilikdə 251.138 manat olmuşdur. Cari ilin 8 ayında isə gəlirimiz 277.603 manatdır. İlin bitməsinə hələ 4 ay var.

Ən çox artım və ən çox azalma hansı maliyyə istiqamətində olub?

- Əmlak vergisinin yığılmasında nisbətən geriləmə var. Qalan bütün istiqamətlər üzrə artıma nail olmuşuq.

Ən yüksək borcu olan vergi ödyiciləriylə bağlı hansı addım atırsınız?

-Yüksək borcu olan vergi ödəyicilərinə bildiriş-xəbərdarlıq göndərilir. Nəticə olmadıqda məhkəməyə və ya İcra bölməsinə müraciət edib vergini ödədirik.

DSMF-yə və digər qurumlara borcunuz yoxdur ki, əgər varsa nə qədərdir?

-DSMF-yə və digər qurumlara borcumuz yoxdur. İcbari ödəmələri vaxtında ödəyirik.

Ərazidə nə qədər vergi ödəyiciniz var? Vergi uçotu necə qurulub?

-Ərazimizdə 6409 vergi ödəyicisi vardır. Vergi uçotu dəqiq aparılır. Xüsusi kitabda onlar haqqında bütün məlumatlar qeyd olunur. Hər vergi ödəyicisinə identifikasiya kodu (VÖİK) verilib. BAMS proqramı vasitəsi ilə ödəyicilərə nəzarət olunur.

Ərazidə sənədsiz mənzillər ümumi rəqəmin neçə faizini təşkil edir?

-Ərazidə sənədsiz mənzillər ümumi rəqəmin təxminən 30%-ni təşkil edir.

Bələdiyyə sədri kimi bələdiyyələrin qarşılaşdığı hansı problemin ilk olaraq həll edilməsini istərdiniz?

-Bələdiyyə sədri kimi bütün bələdiyyələrin qarşılaşdığı ən böyük problem olan bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin xəritələrinin verilməsini istərdik. Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyələrə problem yaradır, onların müraciətlərinə cavab vermir, fəaliyyətinə əngəl törədir. Göndərilən müraciətlərə 8-10 aydan sonra cavab verilir, bəzən heç cavab verilmir.

 Belediyye.info

 

 

ŞƏRHLƏR