"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Əksər mənzillərə güzəşt tətbiq edildiyindən ya əmlak vergisinə düşmür, ya da çox cüzi məbləğ alındığından arxasınca getməyə dəymir”

--2019-08-31 / 12:31

“Corat bələdiyyəsi mərasim evinin tikintisinə başlayıb”- bu fikirləri Belediyye.infoya Sumqayıt şəhər Corat bələdiyyəsinin sədri Elçin Ədilov bildirib.

Sədrin sözlərinə görə, 750 kv.m sahəni əhatə edən ərazidə tikinti işlərinə start verilib. Mərasim evinin və həmin əraziyə Uşaq bağçasının tikintisiylə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sərəncamda imzalayıb. Sərəncamla Mərasim evinin tikintisinin bələdiyyə tərəfindən inşa edilməsi tövsiyə edilib.

Sədrin sözlərinə görə, hazırda ərazidə mövcud olan özbaşına tikililərin siyahıya alınması həyata keçirilir. Qəsəbə ərazisində 2.800 yaxın təsərrüfatın 800-ə yaxın mənzilin sənədi yoxdur. Bununla yanaşı qəsəbədə sənədi olan mənzillərin böyük əksəriyyəti təqaüdçülərin adına olduğundan güzəşt tətbiq edilir. Nəticədə bu mənzillər ya əmlak vergisinə düşmür, ya da çox cüzi məbləğ alındığından arxasınca getməyə dəymir.

Sədr daha sonra bildirib ki, cari ilin altı ayı ərzində büdcə gəlirlərinin proqnozda göstərilən rəqəmin 60 faizini icra edə biliblər.

Hazıda əsas büdcə gəlirlərimiz torpaq vergsindən daxil olur.

Belediyye.info

ŞƏRHLƏR