"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Doxsan faiz mənzilin sənədi yoxdur”

--2021-09-20 / 14:28

Belediyye.infonun ekspress sorğusunu Zakatala rayonu Lahıc bələdiyyəsinin sədri Səfiyyə Atayeva cavablandırır:

Bələdiyyənizə aid olan xəritə Əmlak Məsələləri Dövlət xidməti tərəfindən Sizə təqdim edilibmi? Təqdim edilməyibsə bununla bağlı hansı addım atmısnız? Ümumiyyətlə, bununla bağlı son vəziyyət haqqında nə deyə bilərsiniz?

-əəssüf ki, xəritələr tam təhvil olunmayıb.

Ötən illə müqayisədə cari ildə büdcə gəlirləri barədə nə deyə bilərsiniz? Bu iki maliyyə ilinin müqayisəli təhlili aparılıbmı?

-Ötən ildə gəlir proqnozda nəzərdə tutulandan 3 dəfə az olub. Bu il vergi müfəttişlərinin sayəsində nisbətən vergilərin həcmi artıb.

Ən çox artım və ən çox azalma hansı maliyyə istiqamətində olub?

- Artım əmlak və torpaq vergilərinin yığılması ilə bağlı olub.

Ən yüksək borcu olan vergi ödyiciləriylə bağlı hansı addım atırsınız?

-Bu il icra probasiyaya müraciət edəcəyik ki yüksək vergi borcu olanları vergiyə cəlb edək.

DSMF-yə və digər qurumlara borcunuz yoxdur ki, əgər varsa nə qədərdir?

- DSMF yə borcumuz 1.800 manat.

Ərazidə nə qədər vergi ödəyiciniz var? Vergi uçotu necə qurulub?

-650 nəfər vergi ödəyicimiz var. BAMS sistemi ilə uçot aparılır.

Ərazidə sənədsiz mənzillər ümumi rəqəmin neçə faizini təşkil edir?

-90% evlərin sənədləri yoxdur. Yalnız həyətyanı torpağın sənədi var.

Bələdiyyə sədri kimi bələdiyyələrin qarşılaşdığı hansı problemin ilk olaraq həll edilməsini istərdiniz

- Ən çox xəritələrlə bağlı problemin həllini istərdik. Elektron xəritələri istifadəmizə versələr daha yaxşı olar.

Belediyye.info

ŞƏRHLƏR