"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Dövlət Sosial Müdafiə Fonduna yaranmış külli miqdarda borcun hissəli şəkildə ödənilməsinə başlanılmışdır” -CİDDİ

--2022-01-25 / 05:31

Binəqədi rayon Biləcəri bələdiyyəsinin DSMF-yə və digər qurumlara külli miqdarda borcun olması barədə dəfələrlə qeyd etdiyimiz yazılara nəhayət ki, reaksiya verildi. Bələdiyyə sədri Etibar Cabbarov borcun qaytarılmasıyla bağlı bələdiyyənin hazırladığı proqramı bizə göndərib. Mən proqam barədə hər hansı fikir bildirmək istəməsəmdə, hər halda belə ağır məsuliyyətli işdə bələdiyyənin kollektivinə yalnız səbr və təmkinlə borcun qaytarılmasına çalışmağı arzu edirəm.

Güman edrəm ki, bundan sonra Biləcəri bələdiyyəsi “komxoza” aid zibil qutularının təkərlərini rəngləməklə vaxt keçirməyəcək, əksinə bütün qüvvələri səfərbər edərək borcun qaytarılmasıyla bağlı ciddi addımlar atacaq.

Fikrimcə, indiki məqamda DSMF-yə olan 780 min manat borcun nə vaxt və kim tərəfindən yaranmasına münasibət bildirmək yox, artıq yaranmış borcun necə qaytarılması barədə düşünmək lazımdır.

Müşahidələr göstərir ki, ərazidəki vergi ödəyicilərinin sayçoxluğu bələdiyyənin bu borcu tezliklə qaytarmaq şansı olduğundan xəbər verir. Sadəcə indiki halda bələdiyyənin əsas məqsədi hansısa qurumun hansısa mənasız və yersiz tapşırıqlarını tələm-tələsik icra etmək yox, bütün qüvvələri səfərbər edərək borcun qaytarılmasına çalışmaq olmalıdır.

Borcun qaytarılmasıyla bağlı bələdiyyənin hazırladığı proqramı oxucuların müzakirəsinə təqdim edirik:

“Binəqədi rayonu Biləcəri bələdiyyəsinin fəaliyyətinin daha səmərəli təşkili

istiqamətində qarşıya qoyulmuş

Məqsəd və Hədəflər

1.Bələdiyyə vergilərinin əhəmiyyətini, vaxtında ödənişlərini etməyin üstün tərəflərini vətəndaşlara izah edilməlidır. Bələdiyyə vergilərinin yığılması, bu ödəmələr nəticəsində yığılan maliyyənin xərclənməsi məsələsində şəffaf mexanizm ortaya qoyulması ilə, vergi ödəmək mədəniyyəti formalaşdırılmalıdır.

  1. Bələdiyyənin vergi orqanı hər bir borclu vergi ödəyicisinə fərdi yanaşmalı, yaranmış vergi borcu və təqdim edilmiş tədiyyə bildirişini vergi ödəyicilərinə operativ şəkildə çatdırılması təmin edilməli, mütəmadi olaraq onların mobil telefonlarına yazılı mesajlar (SMS-lər) göndərilməsi davam etdirilməlidir.
  2. Yerli büdcənin möhkəmləndirilməsi üçün bir sıra təşkilati tədbirlərin görülməsi, yerli vergilərin toplanmasının təkmilləşdirilməsi məqsədilə vergi ödəyiciləri kodlaşdırılaraq onların kompüterdə bazasının yaradılması, yerli vergi və ödənişlərin vergi ödəyicilərinə bələdiyyənin təqdim etdiyi tədiyyə bildirişləri əsasında bank və poçt rabitəsi şöbələri vasitəsilə ödənilməsinə nəzarət edilərək nail olunması, qəsəbə ərazisində olan fiziki şəxslərə məxsus tikililərin və torpaq sahələrinin inventarizasiyası aparılması, vergi borclarını ödəməyən fiziki şəxslərə qarşı borcların məcburi alınması üçün qanunvericiliyə əsasən müvafiq tədbirlər görülməsi davam etdirilməlidir.
  3. Vergi borclarının ödənilməsinin təmin edilməsi üçün "İnzibati icraat haqqında" Qanunun 82-ci maddəsinə uyğun olaraq tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilməlidir. Borcun ödənilməsi barədə xəbərdarlığın təqdim edildiyi gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi nəticəsində qərar qəbul edilərək birbaşa icra məmuruna təqdim olunmalıdır. İcra məmuru tərəfindən həmin qərar üzrə tədbirlər "İcra haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada yerinə yetirilməlidir.
  4. Biləcəri bələdiyyəsinə 2020-ci il subvensiya layihəsi çərçivəsində maliyyə vəsaiti ayrılmışdır. Ayrılmış vəsait bələdiyyənin balansında olan “işçi həyətin”ndə “Kənd təsərrüfatı məhsullarının satış yarmarkası”nın tikintisi və fəaliyyət göstərməsi üçün nəzərdə tutulmuşdur. Kompleksin fəaliyyət göstərməsi yeni iş yerinin açılması, vətəndaşların kənd təsərrüfatı məhsullarına olan təlabatının daha münasib qiymətə ödənilməsi, həmçinin bələdiyyə büdcəsinin formalaşması üçün vacib amillərdən sayılmışdır. Müəyyən səbəblərdən “Bazar kompleksi ”nin tikintisi tamamlanmamış, hal-hazırda iş üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə tərəfindən araşdırılmaqdadır. Araşdırma bitdikdən sonra məqsədə uyğun ehtiyaclar müəyyən edilərək (mebel sexi, anbar, avtotəmir və s) həmin ərazidən səmərəli istifadə üçün (istifadə, icarə və s) iş həyata keçiriləcək.
  5. Qanunvericiliyə uyğun olaraq, bələdiyyə öz istehsal sahələrini yaratmaq hüququna malikdir. Bələdiyyə müəssisəsinin məqsədi əhaliyə sosial-ictimai xidmətlər göstərməkdir. Bununla həm də vətəndaşların yerlərdə ehtiyac meyarlarının qarşılanacaq. Bələdiyyə müəssisəsinin yaradılması zəmin yaradır ki, həmin müəssisə öz gəlirindən bələdiyyəyə 20 faizlik mənfəət vergisi ödəsin. Bələdiyyə müəssisənin gəliri, həm də bələdiyyəyə ödənilən mənfəət vergisi büdcənin formalaşmasına, maliyyə vəsaitinin artırılmasına əsaslanır.

Bütün yuxarıda qeyd olunanlar bələdiyyə büdcəsinə maliyyə vəsaitinin daxilolmasına əsaslanır ki, bu da Biləcəri bələdiyyəsinin uzun illərdir yığılan borclarının ödənilməsi istiqamətində görülən tədbirlər çərçivəsindəduir. Dövlət Sosial Müdafiə Fonduna yaranmış külli miqdarda borcun ödənilməsi üçün təxirəsalınmaz addımlar atılmış, hissəli şəkildə ödənilməsinə başlanılmışdır.

Biləcəri bələdiyyəsi olaraq maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində bələdiyyə üzvləri, yuxarı instansiyaların əməkdaşları, vətəndaşlarla daim müzakirələr aparılır və ümid edirik ki, qarşıya qoyulan hədəflərə birlikdə nail olacayıq.”

 

P.S. Mövzunu diqqətdə saxlayacağıq

Belediyye.info

ŞƏRHLƏR