"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Bu gün Nəsimi bələdiyyəsinin əsas məqsədi...”

--2022-12-01 / 10:58

“Bu gün Nəsimi bələdiyyəsinin əsas məqsədi büdcə gəlirlərini artırmaqla sakinlərinə göstərdiyi xidmətin səviyyəsini artırmaqdır”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov bidlirib.

Sədrin sözlərinə görə, hazırda ərazidə inventarlaşdırma aparılaraq BAMS programında çatışmayan məlumatlar dəqiqləşdirilir. İyul ayından etibarən rayon ərazisində dislokasiyalar aparılır. Beşmərtəbəli binaların 85 faizədək hissəsi bələdiyyənin vergi ödəyicisi bazasında mövcud olmamışdır. Vergi müfəttişlərinin apardığı monitorinqlər nəticəsində rayonun inzibati ərazisinə aid edilən mikrorayonların dislokasiyası tam başa çatdırılmışdır.

Əldə olunan məlumatlar təhlil edilərkən məlum olub ki, mikrorayonlarda olan əmlakın 65%-i pensiyaçıların adınadır. Onlara isə qanunla müəyyən edilmiş qaydada güzəştlər tətbiq edilmişdir. Bəzi təqaüdçü sakinlərə isə mənzilinin kvadratı az olduğundan pensiya güzəşti tətbiq etdikdən sonra ümumiyyətlə vergi hesablanmamışdır. Onu da əlavə edim ki, ötən ilin ilk 10 ayına nisbətən bu ilin ilk 10 ayında büdcə gəlirlərimiz 20%-dək artmışdır. Bunlardan 23,2 % mehmanxanaların, 5,13 % dayanacaqların, 0,11 % reklamların, 0,41 % torpaq vergisinin, 71,15 % isə əmlak vergisinin payına düşür.

İyul ayından etibarən vergi xidməti gücləndirilmiş iş rejimində çalışaraq debitor borclarla bağlı bələdiyyə iclasının qərarların İcra şöbəsinə təqdim edirlər. Bunun nəticəsində cari ilin ilk 10 ayında, keçən ilin ilk 10 ayına nisbətən icra şöbəsindən daxil olan  ödənişlərdə 19 % artım olmuşdur.

Bələdiyyənin vergi yığımıyla bağlı qarşılaşdığı çətinliklərə toxunan sədr bildirib ki, bələdiyyə olaraq qarşılaşdığımız ən böyük çətinliklərdən biri alqı-satqı zamanı əmlak borcunun ödənilməməsi və yeni əmlak sahibinin isə bununla bağlı etiraz etməsidir. Yəni, yeni əmlak sahibləri ötən dövrlərdə yaranan borcdan tam imtina edir və vergi borcunun əmlakın əvvəlki sahibinə ödətdirmək istəyir, amma buna nail ola bilmir. Nəticədə biz yeni əmlak sahibinin çıxarışı əsasında hesablama aparsaq da ötən dövrlərlə bağlı vergiləri, konkret olaraq, itiririk.

Belediyye.info

ŞƏRHLƏR