"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Bu gün hələ də vergilərini ödəməkdən yayınan vətəndaşlarımız var”

--2022-01-19 / 16:32

“Belediyye.infonun suallarını Zakatala rayonu Muxax bələdiyyəsinin sədri

Elvin Yusubov cavablandırır

 - Ötən ildəki fəaliyyətiniz   bələdiyyə sədr olaraq Sizi qane edirmi,nədən razı, nədən narazı qaldınız?

-Muxax bələdiyyəsinin ötən ildəki fəaliyyəti bir gənc sədr olaraq məni qane edir. Razılığım ondan ibarətdir ki, bələdiyyə üzvləri, bələdiyyənin qulluqcuları birlikdə əl-ələ verərək bələdiyyəmizin inkişaf etməsi üçün yorulmadan öz köməkliklərini göstərirlər. Bu məni daha da ruhlandırır. Ərazidə bələdiyyəmizə onun fəaliyyətinə olan inam artmaqdadır. Calışırıq ki, bizim secicilərimizin bizə olan ehtimadını, inamını qoruyub saxlayaq. Narazılığım isə ondan ibarətdir ki, maliyyə imkanlarımız daha çox ola bilərdi, ərazidə də daha çox işlər görə bilərdik. Çox təəssüflər olsun, mütamadi olaraq vətəndaşlarla aparılan marifləndirmə işlərinə baxmayaraq hələ də azsayda olsa da vergilərini ödəməkdən yayınan vətəndaşlarımız var.

Bu gün sədr olduğunuz bələdiyyədə maliyyə şəffaflığı və hesabatlıq necə təmin olunub?

-Bələdiyyəmizdə sədr kimi fəaliyyətimin 2 ili tamam olub. İşlədiyim müddət ərzində calışmışam ki, bütün sahələrdə şəffahlıq təmin olunsun. Buna qismən də olsa nail ola bilmişəm. Secicilərimizə maliyyə hesabatlarımızı vaxtı-vaxtında vermişik. Bundan başqa Maliyyə hesabatımız Bələdiyyəninin Məlumat Lövhəsinə yerləşdirilir ki, seciciləırimiz tanış olsunlar. Bir məsələni də qeyd etmək istəyirəm ki, hazırda sosial şəbəkələrdə demək olar ki, öz fəaliyyətini gördüyü işləri ictimailəşdirən aktiv bələdiyyələrdən biridir. Calışacağıq ki, bundan sonra da bələdiyyəmizin gördüyü işlər və digər sahələrdə şəffaflıq təmin edilsin.

Cari ildə qanunvericiliklə bələdiyyələrə aid olan hansı məsələnin həllini istərdiniz?

     Bildiyiniz kimi bələdiyyələrin maliyyə məsələsinin həll edilməsi onun aktiv fəaliyyət göstərməsinə ərazdə görülməsi vacib olan layihələrin vaxtında həll edilməsinə öz tövhəsini verir. Bildiyiniz kimi bələdiyyənin əsas gəlir sahələrindən olan vergilərin aşağı olması bələdiyyələrin inkişaf etməsinə çox ciddi problem yaradır. Bələdiyyələr yaradılandan bu günə qədər torpaq vergilərində heç bir artım olmamışdır. Bələdiyyələrin də əsas gəliri də vergilərdən formalaşmalıdır.Ona görə də vergilərdə müəyyən qədər artım olması bələdiyyənin maliyyə durumunun yaxşılaşmasına xidmət etmiş olar.

Ötən ildə Siz hansı qurumun dəstəyini hiss etmisiniz.

-Biz bələdiyyə olaraq calışırıq ki, bələdiyyəmizlə Azərbaycan Respublikasında olan bütün qurumlarla normal münasibət yaratmaqla öz işimizi qurmuşuq. Bələdiyyəmizə ötən il ərzində bizə bütün sahələrdə dəstək olan Şəki Regional Ədliyyə İdarəsini və Zaqatala RİH-ni qeyd etmək istəyirəm.

Cari ildə bələdiyyənizin durumunun yaxşılaşdırılması üçün hansı layihələri gercəkləşdirmək istərdiniz?

-Cari ildə bələdiyyəmizin maliyyə durumu imkan verərəsə ərazidə vacib olan vətəndaşlarımıza xidmət edəcək bir necə layihənin icra edilməsini nəzərdə tutmuşuq. 2022-ci ilin bələdiyyə ərazisində görüləcək işlərlə bağlı 43 bəndən ibarət “Tədbirlər Planı” bələdiyyə üzvlərinin iclasında müzakirə edilərək təsdiq edilmişdir. Biz də həmin tədbirlər planına uyğun olaraq cari ildə öz işlərimizi planlı şəkildə həyata kecirməyə calışacağıq.

Təklif edərdim ki, bələdiyyələrin maliyyə durumunun yaxşılaşdırılması üçün, inkişaf edən dövlətimizdə ilk demokratik qurum olan bələdiyyələrə çox aşağı kreditlər verilməsi məsələsinə baxılsın. Respublikamızda istərdim ki, bələdiyyələrimizin inkişafı üçün bələdiyyə-vətəndaş münasibətləri gündən-günə inkişaf etsin ölkəmizdə heç bir qurumun, adi vətəndaşların belə maliyyə cətinlikləri olmasın.

                                                                                   

 Belediyye.info

 

 

ŞƏRHLƏR