"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Bu addımalr hələ də Ramiz Mehdiyevin kadrlarının yerlərdə at oynatdıqlarını və islahatlara mane olduqlarını göstərir”

--2022-11-26 / 07:07

Xəbər verdiyimiz kimi, Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tanınmış arxeoloq, tariz üzrə fəlsəfə doktoru Fazir Xəlilli Ağsu RİH başçısını və digər vəzifəli şəxsləri onun şərəf və ləyaqətinə qarşı alcaldıcı hərəkətlərə yol verdiklərinə görə şikayət ərizəsiylə məhkəməyə müraciət edib.

Dünən keçirilən hazırlıq iclasında isə hakim iddianı təmin etməyib. Bununla bağlı Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli sosial media hesabında bununla bağlı açıqlama paylaşıb.

Açıqlamanı olduğu kimi təqdim edirik

“Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə açıq məktub yazdıqdan sonra Ağsu Rayon Məhkəməsinə Ağsu rayonu İcra Hakimiyyətinin başçısı, cənab Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi, cənab Fuad Təhməzov, Ağsu rayon prokuroru, cənab Elnur Cəfərov haqqında xüsusi ittiham qaydasında şikayət etmişəm. Şərəf və ləyaqətim alçaldıldığı, şəxsimə böhtan atıldığı üçün təzminat tələbi ilə çıxış etmişəm. 25 noyabr 2022-ci ildə Ağsu Rayon Məhkəməsinin zalında hakim Anar Əsgərov şikayətlə bağlı ilkin proses keçirmiş, sənədin tərtib olunmasında üslub səhvlərinin olmasına görə heç bir araşdırma aparılmadan şikayəti təmin etməmişdir. Mən hakimə bildirdim ki, qeyd olunan həmin səhvləri düzəldib yenidən şikayət edəcəyəm. Cənab Rövşən Bağırovdan tələb etdiyim 30000 manat təzminatla kəndimdə tibb məntəqəsi binası tikməyi, cənab Fuad Təhməzovdan tələb etdiyim 15000 manat və cənab Elnur Cəfərovdan tələb etdiyim 15000 manat təzminatla uşaq bağçası tikməyi planlaşdırıram və bütün məbləği bələdiyyə hesabına köçürəcəyəm. İnanıram ki, Məhkəmə ədaləti bərpa edəcək, mənim şərəf və ləyaqətimin alçaldılmasına hüquqi qiymət verəcəkdir. Gəgəli kəndi böyük olsa da kənddir. Burada xəbər tez yayılır. Hadisə baş verən gündən DAİM sədri, cənab İlqar Hüseynovun və kənd icra nümayəndəsi, cənab Hamlet İsayevin rəhbərliyi ilə kənddə axşamçağları toplaşılır, təlimatlar verilir, donoslar hazırlanır, hadisədən və situasiyadan xəbərsiz adamlara imzalatdırılır və haqqında şikayət etdiyim qurumların özünə göndərilir. Müxalifətin olması yaxşıdır, şəxsən mən bunu bəyənirəm. Amma başçı, cənab Rövşən Bağırov, onun yerli nümayəndəsi, cənab Hamlet İsayev, DAİM sədri, cənab İlqar Hüseynov, DTX rəisi, cənab Fuad Təhməzov və Ağsu prokuroru, cənab Elnur Cəfərov nümunəsində dövlət məmurlarının müxalifətçilik eləməsi, problemi həll etmək yerinə yerli sakinləri məcburən (işdən çıxarılmaları və s. tələblər qoyulur) öz böhtanlarına alət etmələri yolverilməzdir, hələ də Ramiz Mehdiyev kadrlarının yerlərdə at oynatdıqlarını və islahatlara mane olduqlarını göstərir. Mənə anlaşılmazdır, Dövlətin məmurları necə müxalifətçilik edə bilər? Mən ictmaiyyətdən xahiş edirəm, bu presedent ola biləcək məsələni gündəmdə saxlasınlar və cənab Prezident İlham Əliyevin ictimai nəzarət istəyinə dəstək versinlər.”

P.S. Məsələ ilə əlaqəli bütün tərəflərin fikir və mülahizələrini saytda yerləşdirməyə hazırıq

Belediyye.info

 

ŞƏRHLƏR