"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: "Böyük addımlarla kölgədən işığa doğru addımladığımız bu yolda dövlət-vətəndaş həmrəyliyinə heç bir kəs, heç bir qüvvə kölgə sala bilməz!!!"

--2020-06-26 / 12:51

Müstəqil Azərbaycan dövlətinin banisi ulu öndərimiz Heydər Əliyevin dövlət quruculuğu siyasətində şəffaflığın artırılması daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuşdur. Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmiz uğurlu inkişaf yolunda inamla addımlayır. Bu inkişaf mərhələsini aparılan daxili və xarici siyasət, iqtisadi islahatlar, maliyyə vəziyyətinin sabitləşməsi, iqtisadiyyata cəlb olunan investisiyaların həcminin ildən-ilə artması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər qısacası iqtisadi, mədəni, sosial və başqa digər sahələrdə müşahidə edə bilərik. Azərbaycan regionda və dünyada inkişaf etmiş nümunəvi dövlət qurmaqda və onu möhkəmləndirməkdə davam edir. Təbii haldır ki, bu prosesdə uğurlu inkişafa əngəl olan maneələr ortaya çıxır ki, bu maneələrin aradan qaldırılması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bu maneələrə yalnız dövlət-vətəndaş həmrəyliyi qalib gələ bilər!!!

Hazırda dünyamız COVİD-19 pandemiyası təhlükəsi ilə üz-üzədi. Pandemiya dünya ölkələrinin sosial-iqtisadi dayanıqlığına zərər vurmuşdur. Bütün dünyada olduğu kimi ölkəmizdə də COVİD-19 pandemiyasına qarşı ilk günlərdən əməli şəkildə mübarizə aparılır. Bu günlərdə biz dövlət-vətəndaş həmrəyliyinin şahidi oluruq. Dövlət öz vətəndaşlarının qayğısına qalaraq onların bu virusa yoluxma ehtimalını minimuma endirməyə çalışır.

İş yerlərinin qorunması, sahibkarlara dəstək, bu çətin günlərdə dövlətin vətəndaşlara göstərdiyi qayğının bir nümunəsidir. Öz fəaliyyətini qeyri-şəffaf şəkildə quranların bu dəstəkdən məhrum olması bir daha göstərdi ki, əmək münasibətləri qanunvericiliyə uyğun tənzimlənməlidir.

Ümumilikdə götürülükdə isə dövlət bu sınağın öhdəsindən gələ bilir. Dövlət hər zaman vətəndaşların yanındadır.

Artıq hər kəs anlayır ki, iqtisadi fəaliyyətdə şəffaflıq üstün tutulmalıdır. Bu da ölkə iqtisadiyyatının davamlı inkişafına töhfə verir. Kölgə iqtisadiyyatının mövcud olmasında rüşvətxor məmurların da rolu danılmazdır. Bu cür hallara heç bir zaman yol vermək olmaz. Cənab Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bu məsələyə toxunaraq və bir mənalı şəkildə “Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq” deyərək məmurlara xəbərdarlıq etmişdir. Lakin bu xəbərdarlıqlara məhəl verməyənlər də oldu. Məhz elə həmin məmurlardır ki, Prezidentimizin həyata keçirtdiyi siyasi kursa kölgə salırdılar. Prezidentimizin göstərişi ilə dövlətçiliyimizə kölgə vuranlar layiqincə cəzalandırılırlar. Bütün bu aparılan islahatlar bir daha göstərir ki, Prezidentimiz və dövlətimiz üçün hər şeydən önəmli ilk növbədə dövlət-vətəndaş həmrəyliyidir. Və məhz həyata keçirilən tədbirlər dövlət-vətəndaş həmrəyliyinə öz müsbət nəticəsini göstərir.

Böyük addımlarla kölgədən işığa doğru addımladığımız bu yolda dövlət-vətəndaş həmrəyliyinə heç bir kəs, heç bir qüvvə kölgə sala bilməz!!!

Nailə Nəsirova

Sabunçu rayonu Zabrat Bələdiyyəsinin sədri

ŞƏRHLƏR