"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: ”Biz daim öz qulluqçularımızın da sosial vəziyyətini və əmək şəraitini yaxşılaşdırmağa çalışırıq”

--2020-08-04 / 19:55

“Sabunçu rayonun Sabunçu bələdiyyəsi cari ilin altı ayı ərzində 56.526 manat vəsait əldə edib”-bu fikriləri Belediyye.infoya adlıçəkilən bələdiyyənin sədri Əlfəddin Həsənov bildirib.

Sədrin sözlərinə görə, ötən il bələdiyyənin əsas fəaliyyəti bələdiyyənin əvvəlki illərdə yığılıb qalmış borcunun silinməsiylə bağlı atılan addımlar olub: “Bələdiyyəmizin əsas fəaliyyəti həm borcların bağlanması, həm də qəsəbədə sosial layihələrin icrası ilə bağlı olub. Bu gün əldə edilən maliyyə vəsaitinin 87 faizi əmlak vergisindən əldə edilib.”

Sədrin açıqlamasında bildirilir ki, altı ay ərzində əmlak vergisindən 49.659 manat, torpaq vergisindən 5.606 manat, icarə haqqlarından 1.261 manat manat vəsait əldə edilib.

Əldə edilən vəsaitin 6.630 manatı, yəni 12.6 faizi abadlıq işlərinə, 2.910 manatı, yəni 5 faizi dezinfeksiya işlərinə, 3.130 manatı, yəni, 6 faizi sosial yardıma ayrılıb.

Qeyd edək ki, bələdiyyə əldə edilən vəsaitin 50-faizədək hissəsini işçilərin əməkhaqqına yönəldib.

Sədr bildirib ki, koronovirusla bağlı mübarizə dövründə biz qulluqçularımızın əməkhaqqını tam şəkildə ödəmişik, bələdiyyə daim öz qulluqçuların sosial vəziyyətini və əmək şəraitini yaxşılaşdırmağa çalışırıq”

Bu gün bələdiyyəyə edilən hər bir müraciət ətraflı şəkildə öyrənilir və daim diqqət mərkəzində saxlanılır.

Belediyye.info

ŞƏRHLƏR