"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Bəzən Əmlak məsələləri Dövlət Xidmətinin verdiyi çıxarışda göstərilən ünvanı müəyyən etmək mümkün olmur”

--2022-08-29 / 17:05

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri, Belediyye.info saytının təsisçisi Vüqar Tofiqlinin iştirakıyla növbəti görüş Xəzər rayonu Qala bələdiyyəsində keçirilmişdir. Görüşdə bələdiyyəsinin sədri Mahir Növruzov və bələdiyyənin vergi şöbəsinin müdiri Mahir Əhmədov iştirak edib.

”Əgər bələdiyyəmizə vaxtında mülkiyyətə əmlak və torpaq verilmiş olsaydı, habelə xəritəmiz təqdim edilsəydi sakinlərimizin qarşılaşdığı problemlərin həllinə daha sürətlə nail ola bilərdik”- bu fikirləri görüşdə Qala bələdiyyəsinin sədri Mahir Novruzov bildirib.

Sədr daha sonra bildirib ki, vergi müfəttişlərimiz daim sakinlər arasında təbliğat işlərini aparır. Ancaq iş ondadır ki, hazırda qeydiyyatda olan 2.718 fərdi təsərrüfatın cəmi 398-nın çıxarışı vardır. Mövcud sənədsiz əmlakın isə 70 faizinin sənədləşdirilməsi mümkündür, yəni hər hansı kommunikasiya xəttinin altında-üstündə deyildir. Bu istiqamətdə problemli olan 30 faiz əmlakın isə yerləşdiyi torpaq sahəsinin təyinatının dəyişdirilməsinə ehtiyac vardır. Məhz sənədsiz əmlaka çıxarışın verilməsindəki ləngimələr nəticə etibaryilə sakinlər arasında narazılıq yaradır. Əmlak məsələləri Dövlət Xidmətinin bu sahədə passiv hərəkəti sakinlərin narahatlığını bir xeyli artırmış olur. Nəticədə həm sakin itirir, həm də bələdiyyə. Maraqlı məqam ondadır ki, Əmlak məsələləri Dövlət Xidmətinin verdiyi çıxarışda göstərilən ünvanın müəyyən etmək bəzən mümkün olmur. Misal olaraq çıxarışda qeyd edilir ki, “Xəzər rayonu Qala qəsəbəsi ev 781”. Maraqlıdır, əgər 781 göstərlibsə, demək bundan əvvəl 780 və 779 olmalıydı. Bəs bu rəqəmədək olan mənzillər hardadı, bilən varmı. Daha sonra qeyd edilir “Yaşayış massiv 3” Bu massivin isə ərazisi qəsəbənin az qala 30 faizini təşkil edir. Problem ondadır ki, Əmlak məsələləri Dövlət Xidmətinin müvafiq qurumu verdiyi çıxarışda istənilən ünvanı göstərib. Biz isə o ünvanı müəyyən edə bilmirik. Düşünmək olar ki, bələdiyyənin qaldırdığı bu problemin həllinə müvafiq orqan da öz dəstəyini göstərmiş olacaqdır.

Bələdiyyənin gündəlik fəaliyyətinə toxunan sədrin sözlərinə görə, bələdiyyə şəhid və qazi ailələrini diqqətdə saxlamaqla, daim onların qarşılaşdığı problemlərin həllini öz vəzifəsi hesab edir.

Əvvəlki illərlə müqayisədə bələdiyyənin büdcə gəlirlərini iki dəfədən də çox artırsaq da bu bizi qane etmir.

Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılmış, fəaliyyətin Bələdiyyələrlə iş mərkəzinin tövsiyələrinə uyğun qurulması tövsiyə edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR