"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Bələdiyyəmiz gənc və yeniyetmələrimzin asudə vaxtının səmərəli təşkili üçün hər daim çalışır və dəstək verir”

--2021-11-21 / 10:31

“Bələdiyyəmiz gənc və yeniyetmələrimzin asudə vaxtının səmərəli təşkili üçün hər daim çalışır və dəstək verir”- bu fikirləri Belediyye.infoya Zakatala rayon Mosul bələdiyyəsinin sədri Elşin Alasyev bidirib.

Sədrin sözlərinə görə, bu günlərdə bələdiyyə iclasında kənd ərazisində olan cudo üzrə məşq zalına istilik verilməsi məsələsinə baxılaraq bir ədəd kondinsioner alınması qərara alınmışdır.

Artıq məşq zalına kondinsionerin alınaraq quraşdırlıması həyata keçirlmişdir. Sədr daha sonra bildirib ki, kəndin tibb məntəqəsinin bir otağı istifadəsiz olduğundan bir müddətdir ki, gənclər tərəfindən məşq zalı kimi istifadə edilir. Məşq zalı da 2016-cı ildə bələdiyyə tərəfindən təmir edildiyini qeyd edən sədr Mosul kəndindən yeniyetmələr arası Avropa çempionu olduğunu da qeyd edib.

Belediyye,info

ŞƏRHLƏR