"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri:” “15 ildir bələdiyyə sədriyəm bir dəfədə olsun torpaq satışı həyata keçirməmişik” .

--2019-08-30 / 07:42

Bələdiyyə sədri:” “15 ildir bələdiyyə sədriyəm bir dəfədə olsun torpaq satışı həyata keçirməmişik” .

 

Zakatala rayonu Əliabad bələdiyyəsi təsis etdiyi müəssisədən 900 manat mənfəət vergisi əldə edə bilib. Bu bizim üçün ilkin addımdır. Bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Cəfər Əliyev məlumat verib.

Onun sözlərinə görə, müəssisənin əsas fəaliyyət istiqaməti fındıq emalı ilə bağlıdır. Hələlik əhalidən fındıq məhsulu alınaraq emal edilir və satışa çıxarılır. Gələcəkdə bələdiyyə müəssisəsinin planlarında fındıq sahələrinin yaradılması da nəzərdə tutulur.

Bələdiyyə sədrinin sözlərinə görə, hazırda bələdiyyənin 13 üzvü var və 2700-ə yaxın təsərrüfat qeydiyyatdadır.

Sədr əmlakın çıxarışları olmadığına görə,əmlak vergisinin yığımında ciddi problemlər olduğunu qeyd edib. Əsas büdcə gəlirləri torpaq vergisindən və icrarəsindən daxil olur: “15 ildir bələdiyyə sədriyəm bir dəfədə olsun torpaq satışı həyata keçirməmişik” .

Qeyd edək ki, hazırda ölkə bələdiyyələri arasında 50-ə yaxın bələdiyyə müəssisəsi yaradılsa da yalnız ikisinin fəaliyyəti nəticəsində bələdiyyə büdcəsinə 2.900 manat vəsait daxil olub.

Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin müəssisəsindən 2000 manat, Zakatala rayonu Əliabad bələdiyyəsinin müəssisəsdindən isə 900 manat daxil olub

Belediyye.info

 

ŞƏRHLƏR