"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri “Yaşıl dərə” Yaşayış massivində sakinlərlə görüş keçirib

--2019-08-30 / 19:24

Yeni Yaşayış massivində ("Yaşıl dərə" ərazisi) Sumqayıt Bələdiyyəsinin aparat əməkdaşlarının və üzvlərinin iştirakı ilə sakinlərlə görüş keçirilib. Sumqayıtın 70 illik yubileyi ərəfəsində keçirilən görüşdə şəhərdə aparılan abadlıq quruculuq işləri və Yeni Yaşayış massivində sakinləri narahat edən problemlər nəzərdən keçirilib.

Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov son 4 il ərzində Sumqayıtda həyata keçirilmiş infrastruktur layihələri, abadlıq işləri barədə məlumat verib, bu gün Sumqayıtın Qafqazın ən sürətlə inkişaf edən şəhərlərindən biri olduğunu qeyd edib.

Sumqayıt Bələdiyyəsi tərəfindən məhz bu ərazidə - Çerkassı küçəsi boyunca asfaltlanma işi aparılıb, 39 saylı marşrutun sonuncu dayanacağına qədər yol örtüyünə asfalt çəkilib. Eyni zamanda yolun Yeni Yaşayış massivindən ("Yaşıl dərə" ərazisi) Sumqayıt Dəmiryolu Vağzalı istiqamətində uzanan 300 metr hissəsində də 6 metr enində, 5 sm qalınlığında asfalt örtüyü qurulub. Qeyd edilib ki, ərazidə abadlıq işləri bundan sonra da davam etdiriləcək.

Daha sonra Məhəllə Komitələrinin üzvlərinin, sakinlərin çıxışları dinlənilib. Onlar şəhərdə aparılan yenidənqurma işlərinə görə təşəkkür edib, eləcə də yaşadıqları ərazinin bir sıra problemlərini diqqətə çatdırıblar. Sumqayıt Bələdiyyəsinə aid olan məsələlər həlli üçün qeydə alınıb, digər qurumlarla bağlı olanlar isə müvafiq olaraq yönləndirilib.

http://www.sumqayit-bl.gov.az/index.php?id=565

ŞƏRHLƏR