"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri vətəndaşların problemlərini dinləyib

--2019-06-22 / 10:25

Gəncə şəhər Nizami bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyə sədri Qoşqar Məmmədov növbəti vətəndaş qəbulunu həyata keçirib.

Görüşdə vətəndaşların torpaqla bağlı problemləri dinlənib, həll olunması üzrə müvafiq şöbələrə tapşırıq verilib, vətəndaşları narahat edən məsələlər müzakirə edilib, həlli ilə bağlı addımlar atılıb.

Vətəndaş qəbulu ilə bağlı suallarımızı cavablandıran sədr Qoşqar Məmmədov bildirib ki,  qəbul  günlərində vətəndaşlar qeydiyyatdan keçdikdən sonra bələdiyyə sədrinin qəbulunda olurlar. Hər bir vətəndaş qəbullarının bələdiyyə əməkdaşları tərəfindən qeydiyyatı aparılır. Sakinlərin qaldırdığı məsələlər komissiyalar tərəfindən araşdırılaraq öz həllini tapır.

Sədr açıqlamasında daha sonra bildlrib ki, vətəndaşların iş gününün bütün saatlarında qəbulu, problem və təkliflərinin dinlənilməsi, həlli istiqamətində müvafiq addım atılması, hüquqi məlumat verilməsi əsas iş istiqamətlərimizdir.

Belediyye.info

 

ŞƏRHLƏR