"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri vergi müfəttişləriylə görüş keçirib

--2019-06-10 / 07:52

Binəqədi rayonu Xocəsən bələdiyyəsi tərəfindən vergi yığımının yaxşılaşdırılması yönündə bir çox maarifləndirici işlər aparılır. Əgər bu gün sakinlərimiz vergilərini vaxtı-vaxtında ödəsələr bizdə bələdiyyə olaraq onların bizdən tələblərini həll etmiş olarıq.Bələdiyyə özü-özünü idarə edən qrum olduğu üçün bələdiyyə vergilərinin yaxşılaşdırılması bizim üçün vacib şərtdir.Məhz bu səbəbdən Xocəsən bələdiyyəsinin sədri Məhərrəm Əsgərov vergi işçiləri ilə növbəti iclasını keçirmiş, sakinlərlə daha maarifləndirici söhbətlər aparmalarını , ərazidə baş verən hər hansı hadisə olarsa operativ olaraq bələdiyyəni məlumatlandırmalarını tövsiyə etmişdir. Belə ki, ərazimizin təmizliyi gördüyümüz işlərin şəfaf aynası olmasını nəzərə alaraq sahə nəzarətçilərinə bu işdə dahada məsuliyyətli olmalarını sakin məmnunluğunu təmin etmələrini vurğulamışdır.      

Xocasən bələdiyyəsi

ŞƏRHLƏR