"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri üçün özəl gün

--2021-09-20 / 08:38

Muradov Kürdoğlu Barat oğlu 20 Sentyabr 1962-ci ildə Azərbaycan Respublikası Sabirabad rayonunun Aleksandrovka kəndində fəhlə ailəsində anadan olub.

1969-cu ildə Sabirabad rayonunun Aleksandrovka kənd səkkizillik məktəbinin 1-ci sinfinə daxil olub, 1979-cu ildə Sabirabad rayon Vladimirovka kənd orta məktəbinin 10-cu sinfini bitirib.

1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

Əmək fəaliyyətinə  1984-cü il  avqustunda Pirsaat qəsəbəsi Qobustan Suvarma Sistemləri İstismarı trestində başlayıb.

1984-1986-cı illərdə ordu sıralarında hərbi xidmətdə olub.

25 Avqust 1986-cı ildən 13 İyun 1994-cü ilə kimi Sabirabad rayon “Muğan Su Tikinti” trestinin 8 №-li SMD-də çilingər, mühəndis, baş mexanik vəzifəsində,  13 İyun 1994-cü ildən 19 Oktyabr 1995-ci ilə kimi “Azərhidrometeotikinti-təmir” TTB-nin Sabirabad rayonu TTDS-nin rəisi, baş mühəndisi vəzifəsində işləyib.

20 Oktyabr 1995-ci ildən 01 Aprel 2009-cu ilə kimi Əli Bayramlı şəhər İcra Hakimiyyətinin Təsərrüfat hesablı Memarlıq və Tikinti şöbəsində böyük mühəndis vəzifəsində işləyib.

01 Aprel 2009-cu ildən 01 Avqust 2012-ci ilə kimi Şirvan şəhər İcra Hakimiyyəti Sosial-İqtisadi məsələlər üzrə şöbənin istehsal və xidmət sahələri bölməsində böyük məsləhətçi vəzifəsində, 01 Avqust 2012-ci ildən 17 Mart 2014-cü ilə kimi Şirvan şəhər İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsində baş məsləhətçi, baş memar əvəzi vəzifələrində işləyib. 

02 Fevral 2015-ci il tarixindən hal-hazıra kimi Şirvan Bələdiyyəsinin sədri  vəzifəsində çalışır.

Ailəlidir, 3 övladı var.

2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

III dərəcəli dövlət qulluqçusudur.

 

ŞƏRHLƏR