"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri səyyar görüşdə həm də hesabat verdi

--2019-10-04 / 15:31

Binəqədi rayonu Xocəsən bələdiyyəsinin sədri Məhərrəm Əsgərovun Xocəsən bələdiyyəsinin inzibati ərazisi olan 28 May qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüşü keçirilib. Bu barədə məlumatı Xocasən bələdiyyəsi məlumat yayıb.

Görüşdə 28 May qəsəbəsi üzrə nümayəndə Namil Məmmədov iştirak edib.

Bələdiyyə sədri ilk öncə müəllimlər günü münasibəti ilə 306 saylı tam orta məktəbin rəhbərliyi və müəllim heyyətini təbrik edib.

Daha sonra bələdiyyənin 9 aylıq hesabatını sakinlərin nəzərinə çatdıraraq , qanunsuz tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı sualları və onları narahat edən problemləri cavablandırmış həlli yolunda diskusiyalar aparıb.

Belediyye.info

ŞƏRHLƏR