"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri reydlərdə şəxsən iştirak edib

--2020-07-08 / 16:37

Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev və pandemiya ilə bağlı yaradılmış Operativ Qərargahın üzvləri Nizami rayonunda koronavirus infeksiyanın qarşısının alınması məqsədi ilə qapalı yerlərdə və açıq havada tibbi maska və avadanlıqlardan istifadə edilməsi və sərtləşdirilmiş karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı ticarət obyektlərində, küçə və meydanlarda əhaliyə öz tövsiyyələrini verərək reyd keçirmişdir. Gün ərzində onlarca rayon sakiniylə görüş keçirilmiş, izahat iləri aparılmış, maska paylanılmışdır.

Bununla bağlı Belediyye.infoya məlumat Nizami bələdiyyəsindən daxil olub.

Əhalinin sıx olduğu məkanlarda,  ticarət obyektlərində həyata keçirilən reydlər zamanı sakinlərlə Nazirlər Kabinetinin Operativ Qərargahının tələb və tövsiyələrinə riayət edilməsi ilə bağlı izahetmə-xəbərdarlıq işləri aparılmışdır.

Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyektlərə sonuncu dəfə xəbərdarlıq edilərək tibbi qoruyucu maskalardan istifadə, sosial izolyasiya və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi tövsiyə edilir.

Belediyye.info

ŞƏRHLƏR