"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri qəbul imtahanlarında yekun nəticələri yüksək olmuş tələbələrə görüş keçirib

--2021-09-22 / 09:48

Bu il Səbail rayonu Bibiheybət qəsəbəsində yerləşən 50 nömrəli tam orta məktəbin qəbul imtahanlarındakı yekun nəticələri yüksək olmuşdur. Oruclu Vidadi Natiq oğlu 627 bal, Rəhmanlı Aidə Azər qızı 537 bal, Şabizadə Leyla Canəli qızı 500 bal, Babayev Rövşən Aslan oğlu 500 bal, daha 7 nəfər 300 dən yuxarı bal toplayaraq ali məktəbə qəbul olmuşlar.

Səbail rayonu Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova bələdiyyə üzvləri ilə birgə yeni tədris ilinin ilk günündə tələbə adını qazanan gənclərimizi təbrik edərək hədiyyələr təqdim etmiş və onlara yeni həyat dönəmində uğurlar diləmişdir.

Bibiheybət bələdiyyəsi

ŞƏRHLƏR