"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri koronavirusun qurbanı oldu

--2020-07-28 / 13:19

Bərdə rayonunda indiyə qədər 12 nəfər koronavirusa yoluxmadan dünyasını dəyişib. Qonşu Ağcabədi rayonunda da COVID-19-dan vəfat edənlər var
Musa Muradlı, Sputnik Azərbaycan

Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin sədri koronavirusdan dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, bölgələrdə də COVID-19-dan dünyasını dəyişənlərin sayı artıb. Bərdə rayonunda indiyə qədər 12 nəfər koronavirusa yoluxmadan dünyasını dəyişib. Qonşu Ağcabədi rayonunda da COVID-19-dan vəfat edənlər var. Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin sədri, 1961-ci il təvəllüdlü Qasımova Kamilə Salman qızı da COVID-19-dan dünyasını dəyişib.

Onu da qeyd edək ki, Kamilə Qasımova Ağcabədi rayonunun ictimai həyatında fəal qadınlardan biri olub.

https://sputnik.az

ŞƏRHLƏR